Ermənistanın baş naziri Nikol Paşinyan

Nikol Paşinyan: "İlham Əliyevə zəng etmək yaxşı ideyadır"

842
(Yenilənib 12:49 26.07.2018)
Bu, yaxşı ideyadır, lakin onda Azərbaycan prezidentinin telefon nömrəsi yoxdur

BAKI, 26 iyul — Sputnik. Rusiyada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan "Exo Moskva" radiostansiyasının baş redaktoru Aleksey Venediktova müsahibə verib. Sputnik Azərbaycan xəbər verir ki, müsahibə zamanı erməni baş nazir Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla münasibətlərə dair sualları cavablandırıb. 

Paşinyan qeyd edib ki, hazırda Cənubi Qafqaz regionunda vəziyyət olduqca gərgindir: "Müharibə ehtimalı olduqca yüksəkdir. Mən dedim ki, biz müharibəyə hazır olmalıyıq. Lakin başqa şey də dedim. Dedim ki, müharibənin başlamaması üçün Rusiyanın bütün rıçaqları və imkanları var və mən inana bilmirəm ki, bizim strateji tərəfdaşımız, çoxəsrlik qardaşımız, çoxəsrlik dostumuz müharibənin baş verməsinə icazə versin. Mən buna inana bilmirəm".

Ermənistan və Azərbaycan liderlərinin yaxın gələcəkdə baş tuta biləcək görüşü barədə danışan Paşinyan qeyd edib ki, artıq Rusiya prezidenti bu istiqamətdə ilk addımı atıb: "Futbol üzdə Dünya Çempionatının açılışı ilə bağlı Moskvada olduğum vaxt Vladimir Vladimiroviç bizi Azərbaycan prezidenti ilə tanış etdi. Biz onunla tanış olduq. Lakin çox təəssüflər olsun ki, bu, o qədər də effektiv olmadı. İlham Əliyev də NATO sammitində iştirak edirdi, lakin biz orada salamlaşmadıq, çünki buna imkan olmadı".

"Paşinyan niyə prezident İlham Əliyevə zəng etmir?" sualına cavab olaraq isə o bildirib ki, bu, yaxşı ideyadır, lakin onda Azərbaycan prezidentinin telefon nömrəsi yoxdur.

842
Teqlər:
Cənubi Qafqaz regionu, Ermənistan baş naziri Nikol Paşinyan, Ermənistan baş naziri, Nikol Paşinyan, Dağlıq Qarabağ münaqişəsi, İlham Əliyev, Azərbaycan
Əlaqədar
Paşinyan təcili Rusiyaya gedir
Putinlə Paşinyan nədən danışdılar?
Paşinyan müharibə və Rusiyanın rolundan danışdı
Paşinyan rus hərbçilərinin atəş açması barədə: "Baş verənlər təxribatdır"
Paşinyan sabiq prezidentdən Qarabağla bağlı məsləhətlər aldı
Paşinyan detalları açıqladı: Çavuşoğlu ona nə deyib?
Paşinyan nə etmək istəyir - KTMT sədri də hədəfə gəldi
Yeni Azərbaycan Partiyasının inzibati binası

Parlament sədri: “YAP-ın qurultayında mühüm qərarlar qəbul edilib”

2
"Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. "Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mən YAP-ın qurultayı münasibətilə partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş nitqlə çıxış edib". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

"Proqram xarakteri daşıyan bu nitqdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyanın yaranma tarixinə, ölkəmizin ictimai-siyasi inkişafında oynadığı son dərəcə mühüm rola nəzər salınıb, Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, dünyanın hesablaşdığı nüfuzlu bir dövlətə çevrilməsi üçün görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən bəhs edilib"-deyə o qeyd edib.

Sədr bildirib ki, bu gün biz qürurla söyləyirik ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin başlıca problemini həll edib, 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad edib, dövlətimizin ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmizdə və bölgədə tamamilə yeni geosiyasi vəziyyət yaranıb. Möhtərəm Prezidentimizin dediyi kimi, biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.

O qeyd edib ki, qurultayda bir sıra mühüm qərarlar qəbul edilib, struktur və kadr dəyişiklikləri həyata keçirilib: "Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Mən bütün həmfikirlərim adından Mehriban xanım Əliyevanı təbrik edir, bu şərəfli və məsul vəzifədə ona uğurlar arzulayıram. Eyni zamanda, partiyanın rəhbər orqanlarına seçilmiş həmkarlarımızı təbrik edirəm. İnanıram ki, onlar bu yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlar".

"Yeni Azərbaycan Partiyası xalqın istək və arzularını təcəssüm etdirən siyasi qüvvə kimi tarixi zərurətdən yaranmış, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində inkişaf etmiş və ölkəmizin siyasi həyatında indiki mövqeyinə yüksəlib. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin həyata keçirdiyi möhtəşəm işləri və yeni quruculuq siyasətini dəstəkləmək üçün onun ətrafında daha sıx birləşərək Azərbaycanın xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər"-deyə o əlavə edib.

 

2
Yarmarka

Deputat bahalaşma ilə bağlı həyəcan təbili çaldı

7
"Heç olmasa Novruz bayramında sosial təminata ehtiyacı olan ailələrin süfrə açmasına imkan yaratmaq lazımdır. Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. "Benzinin qiyməti cəmi 10 qəpik bahalaşdı, amma bundan sonra monopolistlər hər gün qiymətləri bahalaşdırmağa başladılar. Hər gün demək olar ki, eyni məhsullar müəyyən qədər bahalaşır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat qeyd edib ki, heç olmasa Novruz bayramında sosial təminata ehtiyacı olan ailələrin süfrə açmasına imkan yaratmaq lazımdır: "Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir. Dünyada qiymətləri aşağı salanlar itirmirlər, əksinə qazanırlar. Dünya təcrübəsini artıq biz də tətbiq etməliyik. İqtisadi azadlıqları genişləndirməklə ölkədə məhsul bolluğu yaratmalıyıq. Ən əsası monopoliyaya son qoyulmalı, bəzi işbazların fəaliyyətinin qarşısı alınmalıdır".

7