Əldə bıçaq

Keçmiş məhbus bu dəfə bıçağa əl atdı

30
(Yenilənib 12:06 26.07.2018)
Faktla bağlı cinayət işi başlanılıb

BAKI, 26 iyul — Sputnik. Qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat daxil olub.

Məlumata görə, iyulun 21-də saat 14 radələrində Bakı şəhər sakini Ədalət Həmidovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1-ci Alatava küçəsində Murad adlı şəxsin Ə.Həmidova bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

30
Teqlər:
29-cu Polis Şöbəsi, bıçaqlama, Daxili İşlər Nazirliyi, xəsarət
Əlaqədar
Ağsu sakini namaz qılan arvadına qıydı, 7 bıçaq zərbəsi vurdu
Kişi öz ürəyindən bir neçə bıçaq zərbəsi vurdu
Masallıda qadın özünə 16 bıçaq zərbəsi vurdu
Bakıda kişi həyat yoldaşına 6 bıçaq zərbəsi vurub
Bakıda kişi üstündə dava: qadın ərinin sevgilisinə altı bıçaq zərbəsi vurdu
Abşeronlu gəncə on iki bıçaq vuruldu
Bu dəfə qadın kişiyə balta yox, bıçaq zərbəsi endirdi
Ər arvadına yeddi bıçaq zərbəsi endirdi
FHN-in əsgəri özünə 4 bıçaq zərbəsi vurub