CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin narahatlığına səbəb olan yol yenidən bağlanır

Abunə olmaq
Məlumata görə, hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından "Stend Atıcılığı" idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək

BAKI, 26 iyul — Sputnik. Bakı-Sumqayıt yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bakı Sumqayıt yolu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı-Sumqayıt yolu ilə bağlı xəbər var

Bildirilib ki, Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər 05:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Məlumata görə, hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından "Stend Atıcılığı" idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xəbər lenti
0