Qırıcı

İran Rusiyadan on ədəd qırıcı alıb

103
(Yenilənib 11:18 26.07.2018)
Tədbirdə İnqilab Keşikçiləri Korpusunun komandanı briqada generalı Məhəmməd Əli Cəfəri və Hava-Kosmos Qüvvələri komandanı briqada generalı Əmir Əli Hacızadə iştirak edib

BAKI, 26 iyul — Sputnik. İran İnqilab Keşikçiləri Korpusuna silah arsenalına Rusiya istehsalı olan "Sukhoi Su-22" hərbi döyüş təyyarələri daxil edilib. Sputnik Azərbaycan "mehrnews"a istinadən xəbər verir ki, İranda təyyarənin təqdimat mərasimi olub.

Tədbirdə İnqilab Keşikçiləri Korpusunun komandanı briqada generalı Məhəmməd Əli Cəfəri və Hava-Kosmos Qüvvələri komandanı briqada generalı Əmir Əli Hacızadə iştirak edib. Onun sözlərinə görə, "S-22" təyyarələri yerli mütəxəssislər tərəfindən modernləşdirilərək, yerli istehsal olan silahlarla təchiz olunub.

103
Teqlər:
Rusiya istehsalı, qırıcı, İran, Rusiya
Əlaqədar
Qırıcı təyyarələrə və hərbi gəmilərə sahib olan Qarabağ veteranı
Qırıcı təyyarə qəzaya uğradı
Qırıcı təyyarələr lazer silahı ilə təchiz ediləcəklər
ABŞ-ın F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

1
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

1
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA
Elmi mərkəzdə seysmoqraf, arxiv şəkli

Azərbaycanda zəlzələ olub - bu dəfə Kür qırağı silkələnib

3
Zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

BAKI, 25 noyabr — Sputnik. Neftçala rayonunda zəlzələ olub.

Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbərinə görə, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

Zəlzələ hiss olunmayıb.

3