Silah

Türkiyəli adamı azərbaycanlı sevgilisini öldürdü

102
(Yenilənib 00:03 25.07.2018)
3 uşaq anası və boşanmış Sahibə Yüksəlir dünən Rahim. A.-nın iş yerinə gələrək, arvadından boşanıb, onunla evlənəcəyi vədinə əməl etməsini tələb edib

BAKI, 25 iyul — Sputnik. Türkiyədə iş adamı azərbaycanlı sevgilisini öldürüb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Konyada 50 yaşlı azərbaycanlı Sahibə Yüksəlir 4 il bir yerdə yaşadığı 46 yaşlı sevgilisi Rahim A. Tərəfindən 8 güllə ilə öldürüb.

Polis hadisə yerindən qaçan Rahim. A.-nın axtarışına başlayıb.

Məlumata görə, hadisə bu gün səhər saatlarında Konya Qaratay ilçəsində baş verib. 3 uşaq anası və boşanmış Sahibə Yüksəlir dünən Rahim. A.-nın iş yerinə gələrək, arvadından boşanıb, onunla evlənəcəyi vədinə əməl etməsini tələb edib. Cütlük buna görə mübahisə edib. Mübahisə zamanı hadisə yerinə polis gəlsə də, cütlük bir-birindən şikayətçi olmayıb və barışıb.

Bu gün səhər saatlarında isə avtomobili ilə iş yerinə gələn Rahim A. Sahibə Yüksəlirə 8 dəfə atəş açaraq qətlə yetirib, sonra hadisə yerindən qaçıb. Sahibə Yüksəlir hadisə şahidləri tərəfindən xəstəxanaya çatdırılsa da, yolda keçinib.

102
Teqlər:
güllələmə, sevgili, qətl, Türkiyə, azərbaycanlı