Lorenso Sotomayor

Olimpiya mükafatçılarımız yenidən uğur qazandılar

30
(Yenilənib 19:39 24.07.2018)
Yarışda 15 ölkənin 135 idmançısı qüvvəsini sınayıb

BAKI, 24 iyul — Sputnik. Ukraynanın Odessa şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb. Yarışda Azərbaycan yığması da mübarizə aparıb.

Boks Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, millimiz Semyon Trestinin xatirəsinə həsr olunan A kateqoriyalı turnirdə 2 gümüş medala yiyələnib. Boksçularımızdan Lorenso Sotomayorla (69 kq) Kamran Şahsuvarlı (81 kq) ikinci yeri tutublar.Qeyd edək ki, yarışda 15 ölkənin 135 idmançısı qüvvəsini sınayıb.

30
Teqlər:
mükafat, Kamran Şahsuvarlı, Lorenso Sotomayor, beynəlxalq turnir, boks