BAKI, 23 iyul — Sputnik. İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.
Əlavə məlumat veriləcək.
BAKI, 20 yanvar — Sputnik. "20 yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında paylaşım edib.
20 Ocak 1990"da Can #Azerbaycan"ın istiklali uğrunda hayatlarını feda eden kardeşlerimizi rahmetle anıyorum. Şehitlerin sembolü karanfiller bugün azat Azerbaycan topraklarının sembolü har-ı bülbül ile birlikte açıyor. 3 renkli bayrağınla mesut yaşa Can Azerbaycan! ���������������� pic.twitter.com/AZIN2e1qyn
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) January 20, 2021
"Şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır. Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan!", - deyə Çavuşoğlu yazıb.
BAKI, 20 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 56,39 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 0,40 dollar artaraq 56,30 dollar, "Light" markalı neftin qiyməti isə 0,43 dollar bahalaşaraq 53,41 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.