Balıq

Bu qida ölüm riskini azaldır

688
(Yenilənib 02:52 22.07.2018)
Belə məhsulların qəbul edilməsi xolesterini azaldır, antidepresantların effektivliyini artırır

BAKI, 22 iyul — Sputnik. Çinli alimlərin fikrincə, balıq və omeqa-3-polyunsaturated yağ turşuları ilə doymuş qidaların yeyilməsi bütün səbəblərdən baş verə biləcək ölümləri azaltmağa kömək edir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, tədqiqatçılar yağ turşularının insan metabolizmasında fəal iştirak etdiyini xatırladırlar. Belə məhsulların qəbul edilməsi xolesterini azaldır, antidepresantların effektivliyini artırır.

16 il davam edən araşdırmada 420 min insan (240729 kişi və 180580 qadın) iştirak edib. Orta hesabla kişilər gündə 15 qram, qadınlar təxminən 11 qram balıq yeyib. Bu müddətdə ərzində 54 min kişi və 31 min qadın ölüb.

Ekspertlər qeyd edirlər ki, bu müddət ərzində kişilər arasında ürək-damar xəstəliklərindən ölüm halları 10 faiz, qaraciyər xəstəliklərindən ölüm halları 37 faiz azalıb. Qadınlarda Altsheymer xəstəliyindən ölüm halı 38 faiz azalıb.

688
Teqlər:
ölüm, omeqa-3, balıq, alimlər