Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli

"WhatsApp" istifadəçilərinə yeni xəbər

243
(Yenilənib 23:18 22.07.2018)
Yeni versiya hələlik beta istifadəçilərə təqdim edilib

BAKI, 21 iyul — Sputnik. WhatsApp yeni versiyası ilə bəzi istifadəçilərini kədərləndirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bundan sonra şəbəkədə həddən artıq mesaj yazanların yazışmalarını səssiz bölümünə atmaq üçün xüsusi funksiya tərtib edilib. Belə ki, bundan sonra hər hansı bir istifadəçi bir söhbətdən 50-dən artıq mesaj alırsa, şəbəkəyə girmədən söhbəti səssizə ata biləcək. Bu da qarşı tərəfin mesajlarının “görünməməsinə” gətirib çıxaracaq.

Məlumata görə, yeni versiya hələlik beta istifadəçilərə təqdim edilib. Funksiyanı yoxlamaq üçün Play Store da Beta versiyasını 2.18.216 versiyası ilə əvəz edə bilərsiniz.

243
Teqlər:
funksiya, WhatsApp, istifadəçi, şəbəkə, mesaj