Ağcabədi rayonunda ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib

Ovçulara qanuni ovun qaydaları aşılanıb

64
(Yenilənib 14:49 20.07.2018)
İctimai Birliyinin sədri "Ovçunun məsuliyyəti: ovçuluğun aparılması qaydaları" haqqında ekoloji təbliğat kampaniyası layihəsinin də bu məqsədə xidmət etdiyini bildirib

BAKI, 20 iyul — Sputnik. Ağcabədi rayonunda dünən ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sessiyası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, sesiya "Ekoloji İnformasiya" İctimai Birliyinin həyata keçirdiyi "Ovçunun məsuliyyəti: ovçuluğun aparılması qaydaları haqqında ekoloji təbliğat" kampaniyası adlı layihə çərçivəsində təşkil olunub. 

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib.

"Ekoloji İnformasiya" İB-nin sədri, layihə rəhbəri Musa Muradov sosial-ekoloji problemlərdən danışaraq cəmiyyətin ətraf mühitə olan baxışlarının humanistləşdirilməsini vacib sayıb. Bu istiqamətdə aparılan maarifləndirmə kampaniyaları haqqında məlumat verib. Ötən il təşkilatın ceyranların təbiətə reintruksiya olunması barədə tədbirlərə dəstək olaraq layihə həyata keçirdiyini, bu vacib ekoloji nailiyyətlərin əldə olunmasında İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın özünəməxsus rolu olduğunu vurğulayıb.

Ağcabədi rayonunda ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib
© Sputnik / Musa Muradlı
Ağcabədi rayonunda ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib

İctimai Birliyinin sədri M.Muradov, həmçinin "Ovçunun məsuliyyəti: ovçuluğun aparılması qaydaları" haqqında ekoloji təbliğat kampaniyası layihəsinin də bu məqsədə xidmət etdiyini bildirib.

Daha sonra layihənin eksperti Rasim Zeynalov ovçuluqla bağlı Azərbaycan Respublikasının qanunlarından, ovçuluğun aparılması qaydalarından danışaraq geniş və əhatəli məlumat verib.

Ağcabədi rayonunda ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib
© Sputnik / Musa Muradlı
Ağcabədi rayonunda ovçuluğun aparılması qaydaları haqqında məlumatlandırma sesiyyası keçirilib

Ekspert Milli Park, Yasaqlıq, Qoruq ərazilərində ovçuluğun aparılmasının qəti qadağan olduğunu, ov üçün təsərrüfatların yaradıldığını və həmin ərazilərdə ovçuluğun aparılmasının məqsədəmüvafiqliyini qeyd edib. Həmçinin ovçu hüququ qazanmaq üçün prosedur qaydalar, lisenziyaların alınması, ov mövsümündə canlıların vaxta görə ovlanması barədə ətraflı məlumat verib.

Məlumatlandırma sesiyyası səmimi, diskusiya şəraitində aparılıb. İştirakçıları maraqlandıran suallara geniş və əhatəli cavablar verilib.

64
Teqlər:
"Ekoloji İnformasiya" İctimai Birliyi, tədbir, sessiya, QHT-lərə Dövlət Dəstəyi Şurası
Əlaqədar
Sahib Məmmədov: “QHT Şurasının vəzifəsi yalnız maliyyə yardımı vermək deyil”
Maliyyə müsabiqəsində qalib QHT-lərin maarifləndirmə sessiyası keçirilib
Ölkə QHT-lərindən 31 mart soyqırımı ilə bağlı yekdil mövqe
Azay Quliyev: "QHT-lərə ayrılan vəsaitləri azaltmağa məcburuq"
QHT-lər bu şərtə əməl etməsə...
QHT sektorunda kütləvi narazılıq: layihələrdən imtina oluna bilər
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam

0
(Yenilənib 17:15 24.11.2020)
Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

BAKI, 24 noyabr — Sputnik. "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

0

Ağdamın işğaldan azad edilmiş Abdal Gülablı kəndləri necə görünür - video

4
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ictimaiyyəti işğaldan azad edilmiş ərazilərlə tanış etməyə davam edir.

Müdafiə Nazirliyi öz rəsmi internet səhifəsində Ağdam rayonunun işğaldan azad edilmiş Abdal və Gülablı kəndindən xüsusi videoreportaj paylaşıb.

Xocavəndin işğaldan azad olunan Domi kəndinin görüntüləri
YouTube / Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videoreportaj>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

4