Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində aparılan qazıntı işləri, 19 iyul 2018-ci il

Bakıda qeyri-adi hadisələr baş verir: Ayağımızın altından nələr çıxacaqmış...

1459
(Yenilənib 17:19 19.07.2018)
Paytaxtda çökən yolun altından iki mərtəbəli zirzəmi aşkarlanıb

BAKI, 19 iyul — Sputnik. Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsində qazıntı işləri davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın zirzəmi hissəsi tamamilə sökülür: "Söküntülər zamanı zirzəminin 2 mərtəbəli olması müəyyən olunub. Hazırda zirzəminin hər iki mərtəbəsinin söküntüsü işləri aparılır".

  • Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində aparılan qazıntı işləri, 19 iyul 2018-ci il
    Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində aparılan qazıntı işləri, 19 iyul 2018-ci il
    © Photo : AAY DA mətbuat xidməti

1 / 8
© Photo : AAY DA mətbuat xidməti
Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində aparılan qazıntı işləri, 19 iyul 2018-ci il

Qeyd olunur ki, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinə alternativ olaraq müvəqqəti salınmış yolda çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, bu əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.

Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası sındığından müvəqqəti yolda çökmə baş verib.

Xatırladaq ki, çökmə qeydə alınan hissə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.

1459
Teqlər:
zirzəmi, çökmə, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, yol, metro
Əlaqədar
AAYDA yenə yol xəbərdarlığı edir
Çökən yolla bağlı yeni xəbər verildi: Müəmma davam edir
Avtomobil yolu keçən 4 nəfəri vurdu
İddialar var: Bakıda yolun çökməsi nədən baş verib?
Bakının mərkəzində fövqəladə hadisə: Metro stansiyasının yaxınlığında yol çökdü - VİDEO
Pişik, arxiv şəkli

Ölüm öpüşü: Pişik sahibinin həyatına belə son qoydu

42
(Yenilənib 23:43 07.07.2020)
Həkimlər qadının orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər

BAKI, 7 iyul — Sputnik. Avstraliyanın Melburn şəhərinin sakini pişiyin cırmaqlaması və yaranı yalamasından sonra ölüb.

Sputnik Azərbaycan "Herald Sun" nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı qadının qohumları onu yataqda şüursuz halda yanında pişiklə tapıblar.

Həkimlər onun orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər.

Pensiyaçı komada doqquz gün keçirib, bundan sonra onu həyat təminatı sistemindən ayırıblar.

Yerli xəstəxanalardan birinin yoluxucu xəstəliklər üzrə direktoru Lindsi Qreyson bildirib ki, ev sahibləri pişiklərinə açıq yaraları yalamağa imkan verməməlidirlər. Eyni zamanda o xəbərdarlıq edib ki, immunitet sistemi pozulmuş şəxslər bu ev heyvanlarından qaçmalıdırlar.

Bakterial meningit bakterial infeksiya nəticəsində baş və onurğa beyni membranlarının iltihabıdır.

42
Əlaqədar
Koronavirus bəlasını dünyaya yayan Çin əhli iyrənc adətindən əl çəkmək niyyətində deyil
Bakıda "pişik əməliyyatı" - VİDEO
Evsiz pişikdən yemək əldə etmək üçün ağlasığmaz kələk - Video
Küçədə pişik gəzdirmək cərimə ilə nəticələndi
Telekanal insanları panikaya saldı, sevdiklərindən ayrıldılar
Azərbaycan Dövlət İqtisad Universitetinin binası

Azərbaycanda universitetin sabiq rektoru vəfat edib

14
(Yenilənib 23:36 07.07.2020)
Mərhum professor Fuad Ələsgərov 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.

BAKI, 7 iyul - Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, iqtisad elmləri doktoru, professor Fuad Nəsrullah oğlu Ələsgərov dünyasını dəyişib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov bildirib.

Mərhum F.Ələsgərov 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.

Allah rəhmət eləsin!

14