DYP sürücülərə çağırış edir

© Sputnik / Murad OrujovDYP işçisi Mirzəliyev Xəqani
DYP işçisi Mirzəliyev Xəqani - Sputnik Azərbaycan
Abunə olmaq
"Hərəkətə başlamazdan əvvəl və yolboyu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün onların təmiz saxlanılmasını təmin edin"

BAKI, 19 iyul — Sputnik. Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi (DİN RBDYPİ) sürücülərə müraciət edib. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, son günlər Bakı şəhərində və respublikanın avtomobil yollarında zahiri görünüşü təmiz olmayan, səliqəsiz, dövlət qeydiyyat nişanları görünməyən nəqliyyat vasitələrinin hərəkət etməsi hallarına rast gəlinir.

Bakı Heydər Əliyev prospekti - Sputnik Azərbaycan
Sürücülərə xəbərdarlıq edildi

Belə avtomobillərin turizm mərkəzinə çevrilmiş paytaxtımızın ümumi estetik görünüşünə xələl gətirməsini, eləcə də qeyd olunan halların qanunvericiliklə inzibati məsuliyyətə səbəb olmasını nəzərə alaraq, Baş DYP İdarəsi nəqliyyat vasitələri sürücülərindən xahiş edir ki, avtomobillərin zahiri görünüşünün, eləcə də hərəkətə başlamazdan əvvəl və yolboyu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün onların təmiz saxlanılmasını təmin etsinlər.

"Müraciətə düşünülmüş şəkildə yanaşan hər bir bir vətənpərvər sürücüyə əvvəlcədən təşəkkürümüzü bildirir, bütün hərəkət iştirakçılarına yollarda yüksək mədəniyyət nümayiş etdirmək tövsiyəsi ilə təhlükəsiz yol arzulayırıq" — deyə RBDYPİ bildirir.

Xəbər lenti
0