Xəzər dənizində balıqçı dirəkləri

Xəzəri çirkləndirənlər cəzalandırıldı

24
(Yenilənib 15:55 18.07.2018)
Bu istiqamətdə tədbirlər davam etdirilir

BAKI, 18 iyul — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər dənizinin sahil zolağında sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Xaçmaz rayonu ərazisində reydlər keçiriblər.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, reydlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 12 fiziki və 1 hüquqi şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 9.400 manat təşkil edib.

Ümumilikdə cari ilin 6 ayı ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 493 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib, onlara ümumilikdə 37.950 manat cərimə tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

24
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Baş İctimai Təhlükəsizlik İdarəsi, Daxili İşlər Nazirliyi, Xəzər
Əlaqədar
Xəzər dənizinin hasarlanmasının qarşısı alınacaq
Fransa çempion: Xəzər sahilində DÇ-2018-in final oyununa necə baxırdılar
Xəzər ölüm dənizinə çevrilir: Bir gündə 3 nəfər batdı
Xəzər dənizində böyük ekoloji insidentin səbəbi açıqlandı
"Xəzər regionu: gələcəyin obrazları"