İtaliya prezidenti Sercio Mattarella

İtaliya prezidenti Azərbaycana gəlib

50
(Yenilənib 10:20 18.07.2018)
Sercio Mattarellanın bu gün rəsmi qarşılanma mərasimi olub

BAKI, 18 iyul — Sputnik. Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının prezidenti Sercio Mattarellanın bu gün rəsmi qarşılanma mərasimi olub. Sputnik Azərbaycan Azərbaycan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Sercio Mattarella fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İtaliya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

İtaliya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Sercio Mattarellaya, İtaliya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

50
Teqlər:
Sercio Mattarella, İtaliya, səfər, prezident
Əlaqədar
Prezident Dövlət Turizm Agentliyinə pul ayırdı
Prezident vacib dəyişikliklərə qərar verdi
Prezident nazirlərə yeni iş tapşırdı
Prezident Gəncədə öldürülən polisləri təltif etdi
Prezident hüquq–mühafizə orqanlarının rəhbərlərini topladı
Prezident əcnəbilərlə bağlı vacib qanun imzaladı