Elmar Vəliyev sui-qəsdi ilə bağlı yeni xəbər var

© Photo : Yeni GəncəGəncə şəhər Baş Polis İdarəsi
Gəncə şəhər Baş Polis İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Tutulan Ceyhun Qurbanov Yunis Səfərovun yaxın qohumudur

BAKI, 17 iyul — Sputnik. İyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət hadisəsi ilə əlaqədar iyulun 16-da daha dörd nəfər həbs edilib.

Sputnik Azərbaycan hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, həbs olunanlardan Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmaqda təqsirləndirilir. C.Qurbanov Yunis Səfərovun yaxın qohumudur.

© Photo : REPORTGəncə hadisələri ilə əlaqədar saxlanılan şəxslər
Gəncə hadisələri ilə əlaqədar saxlanılan şəxslər - Sputnik Azərbaycan
Gəncə hadisələri ilə əlaqədar saxlanılan şəxslər

Həbs edilmiş digər şəxslər isə iyulun 10-da Gəncədə baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etməsi üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.

Xəbər lenti
0