Sürücülərə xəbərdarlıq edildi

© Sputnik / Murad OrujovBakı Heydər Əliyev prospekti
Bakı Heydər Əliyev prospekti - Sputnik Azərbaycan
Abunə olmaq
Analoji tədbir yolun qarşı tərəfində də aparılacaq

BAKI, 17 iyul — Sputnik. Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Bildirilib ki, bu çərçivədə artıq ərazidəki piyada keçidinin ətrafında səki boyunca dəmir məhəccər vurulub. Mövcud dayanacaq məntəqəsi köçürüldükdən sonra səkinin qalan hissəsi də məhəccərlənəcək. Analoji tədbir yolun qarşı tərəfində də aparılacaq.

Məlumat üçün onu da qeyd ediblər ki, Fəzail Bayramov küçəsində geridönmə yerinin təşkili işləri isə artıq yekunlaşıb. Bununla da ətraf ərazilərdə yaşayan sakinlərin Yusif Səfərov küçəsinə çıxışı asanlaşıb. Əvvəllər bunun üşün Xocalı və ya Babək prospektlərindən istifadə edən sürücülər artıq yeni təşkil edilən geridönmədən istifadə etməklə rahat şəkildə Yusif Səfərov küçəsinə çıxa bilirlər.

Xəbər lenti
0