İlham Əliyev dövlət başçılarına təbrik məktubu ünvanlayıb

Abunə olmaq
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putini futbol üzrə XXI Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə təbrik edib

BAKI, 16 iyul — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev futbol üzrə XXI Dünya Çempionatının bitməsi ilə əlaqədar bir neçə ölkənin dövlət başçılarına təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putini futbol üzrə XXI Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:

Игроки сборной Франции  на церемонии награждения победителей чемпионата мира по футболу 2018 - Sputnik Azərbaycan
İDMAN
DÇ-2018: Fransa Dünya Çempionu oldu! - FOTOLAR

"Hörmətli Vladimir Vladimiroviç.

Sizi və bütün Rusiya xalqını futbol üzrə XXI Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı oldu.

Rusiyada başa çatmış dünya birinciliyi idmanın xalqları yaxınlaşdıran, dostluğu və əməkdaşlığı möhkəmləndirən böyük qüvvə olmasını parlaq şəkildə nümayiş etdirməklə, haqlı olaraq çempionatlar tarixinə bu cür turnirlərin ideal təşkili, hazırlanması və keçirilməsi nümunəsi kimi daxil olacaq.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni uğurlar, bütün rusiyalılara isə sülh və firavanlıq arzu edirəm".

***

Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronu Fransanın Dünya Çempionatında qələbəsi münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:

"XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm".

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı ilə görüşü olub - Sputnik Azərbaycan
Vladimir Putindan İlham Əliyevə təbrik məktubu gəldi

***

Prezident İlham Əliyev Xorvatiya yığmasının gümüş medal qazanması münasibətilə ilə Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

"Hörmətli xanım Prezident,

Futbol üzrə XXI dünya çempionatında Xorvatiya yığma komandasının uğurlu çıxış edərək bu mötəbər turnirin gümüş medalını qazanması münasibətilə Sizə və dost Xorvatiya xalqına təbriklərimi yetirirəm.

Dünya birinciliyinin bütün oyunlarında yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək tarixində ən böyük müvəffəqiyyətə nail olmuş Xorvatiya futbolçularını ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram".

Xəbər lenti
0