SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyədən daha bir tarixi qələbə

© AFP 2023 / OMAR HAJ KADOUR Турецкий танк в Африне, Сирия, 18 марта 2018 года
Турецкий танк в Африне, Сирия, 18 марта 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərə nəzarət yerli üsyançıların əlinə keçib

BAKI, 16 iyul — Sputnik. PKK/YPG terrorçu qruplaşmasının bütün üzvləri, tamamilə, Suriyanın Menbiç şəhərini tərk ediblər. Bu barədə Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir.

Məlumata əsasən, terror təşkilatının üzvləri Ankara və Vaşinqton arasında əldə olunan razılaşma əsasında şəhərdən çıxıblar. Şəhərə nəzarət yerli üsyançıların əlinə keçib.

Hələlik, Türkiyə Xarici İşlər Nazirliyi məlumatı şərh etməyib.

Qeyd edək ki, 10 gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Menbiçlə bağlı yol xəritəsinin reallaşdırıldığını və artıq şəhərə girmə vaxtının çatdığını bildirib.

"İŞİD, PKK/YPG-yə qarşı ən çox biz mübarizə apardıq. ABŞ-la uzun müddət aramızda böyük bir problem olan YPG məsələsi ilə bağlı bir yol xəritəsi hazırladıq və biz bu planı reallaşdırırıq. Hazırlıq mərhələsində bir sıra addımlar atılıb. İndi isə şəhərin içinə girmə vaxtıdır. Bu mərhələdə PKK/YPG bu bölgədən geri çəkiləcək və onların silahları əllərindən alınacaq" — deyə Çavuşoğlu bəyan edib.

O, eyni zamanda qeyd edib ki, yol xəritəsi ilə bağlı Kobanidə kürdlərin narahat olmasına ehtiyac yoxdur: "Çünki, YPG orada onlara zülm edir. Kobanidə baxacağıq, əgər yerli əhalinin böyük əksəriyyətini kürdlər təşkil edirsə, onda rəhbərlik də belə formalaşdırılacaq".

Xatırladaq ki, Menbiç PKK terror təşkilatının Suriya qolu olan PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə ilə ABŞ arasında əldə olunan razılığa əsasən, PYD-YPG qüvvələri bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək. Daha sonra ABŞ və Türkiyə Menbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq.

Xəbər lenti
0