Adnan Oktarın "bacı"sı saxlanıldı

Abunə olmaq
Keçirilən əmıliyyatdan sonra Türkiyədə 45 nəfərin Oktardan şikayət etdiyi bildirilir

BAKI, 16 iyul — Sputnik. Türkiyədə xeyli sayda cinayətdə günahlandırılaraq saxlanılan Adnan Oktarın ən önəmli "kedicik"lərindən biri Tülay Qumaşçı saxlanılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçən həftə keçirilən əməliyyat zamanı qaçmağı bacaran Tülay Qumaşçı ələ keçib. 

Kedicikler - Sputnik Azərbaycan
Adnan Oktarın "kedicik"ləri barədə sensasiyalı faktlar və müdhiş sirr üzə çıxdı

Məlumata görə, o, gizli şəbəkə daxilində "bacı" adlandırılırmış.

Xatırladaq ki, ötən həftə baş tutan əməliyyat nəticəsində barəsində saxlanma qərarı çıxarılan 235 nəfərdən 186-sı hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Oktar qrupunun önəmli simalarından olan Tarkan Yavaş isə polis tərəfindən axtrılır.

Keçirilən əməliyyatdan sonra Türkiyədə 45 nəfərin Oktardan şikayət etdiyi bildirilir. Aparılan araşdırmalar zamanı təşkilat tərəfindən bu günə qədər 17 qız uşağının cinsi təcavüzə uğradığı müəyyən edilib.

Adnan Oktar və qrupu ilə bağlı araşdırma çərçivəsində Hollandiya, Qətər, Almaniya, Azərbaycan, Qazaxıstan və Avstriyadan şikayətlərin daxil olduğu müəyyən edilib.

Xəbər lenti
0