Cüdo üzrə avropa kuboku

Millimiz Avropa kubokunun sahibi oldu

55
(Yenilənib 11:37 16.07.2018)
Millimiz Avropa Kuboku yarışını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub

BAKI, 16 iyul — Sputnik. Almaniyanın Sarbrüker şəhərində cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub. Cüdo Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, mötəbər turnirin ikinci günü millimiz üçün daha uğurlu keçib.

Belə ki, təmsilçilərimiz 2 qızıl, 1 gümüş medal qazanıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

+100 kq çəki dərəcəsində isə Azərbaycan finalı yaşanıb. Belə ki, həlledici görüşdə Uşanqi Kokauri və Şahin Qəhrəmanov üz-üzə gəlib. Kokauri qızıl, Qəhrəmoanov isə gümüş medal əldə edib.

Bununla da, millimiz Avropa Kuboku yarışını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunub.

55
Teqlər:
Avropa Kuboku, turnir, cüdo, milli
Əlaqədar
Gənc boksçulardan ibarət millimiz Avropanın güclüləri sırasında
Millimiz gümüş medalla kifayətləndi
Millimiz Türkiyədə təlim keçib
Millimiz portuqallara uduzdu
"Millimiz liderlərdən cəmi 1 xal geri qalır"
Millimiz 51-ci Avropa çempionatına yollanır
Güləş üzrə Avropa çempionatında millimiz böyük heyətlə çıxış edəcək
Millimiz İsveçi darmadağın etdi