Donald Tramp və Vladimir Putin

Dünyanın gözlədiyi görüş bu gün baş tutacaq

49
(Yenilənib 10:49 16.07.2018)
Dünya siyasətində genişmiqyaslı dəyişikliklərə yol açmış Mixail Qorbaçovla Corc Buş arasında ilk görüş də 1990-cı ildə də Helsinkidə baş tutub

BAKI, 16 iyul — Sputnik. Bu gün Finlandiyanın paytaxtı Helsinkidə Rusiya-Amerika sammiti baş tutacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu görüşdə Vladimir Putin və Donald Tramp ilk dəfə təkbətək görüş keçirəcəklər.

Danışıqlarda Rusiya və ABŞ prezidentləri iki ölkə arasında münasibətlərin perspektivləri və aktual beynəlxalq məsələləri müzakirə edəcəklər.

Məlumata əsasən, Helsinkini görüş yeri kimi Finlandiya prezidenti Sauli Niinisto təklif edib. Bundan əvvəl mümkün görüş yeri kimi Vyana və Brüsselin adları çəkilirdi. Lakin sonda həm ABŞ, həm də Rusiya üçün çox "rahat" məkan seçilib. Tramp Finlandiya paytaxtına NATO-nun Brüsseldəki görüşündən, Putin isə futbol üzrə dünya çempionatının bağlanış mərasimindən sonra gedir.

Xatırladaq ki, dünya siyasətində genişmiqyaslı dəyişikliklərə yol açmış Mixail Qorbaçovla Corc Buş arasında ilk görüş də 1990-cı ildə də Helsinkidə baş tutub.

49
Teqlər:
Mixail Qorbaçov, Tramp, Helsinki, Corc Buş, Finlandiya, Putin, Rusiya, ABŞ
Əlaqədar
Finlandiyanı bağladılar: Putin-Tramp görüşünə hazırlıq gedir
Tramp etiraf etdi: “Putin mənim rəqibimdir”
Putin - Tramp görüşü barədə məlumat yayıldı
Tramp oyun qaydalarını pozdu, Putin təbrik edilmədi
Putin və Tramp arasında telefon danışığı olub
Putin və Tramp gələcək münasibətlərə aydınlıq gətirdi
Putin-Tramp anlaşmasında "qırmızı xətt" də olacaq
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

8
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

8
Шторм в Черном море

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

5
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.

Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.

5