Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gözlənilən toy baş tutdu: Emin model sevgilisi ilə evləndi

© Photo : Instagram /_darvol_Emin Ağalarov və Alyona Qavrilovanın toy mərasimi
Emin Ağalarov və Alyona Qavrilovanın toy mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Tanınmış müğənni Emin sevgilisi Alyona Qavrilova ilə toy etmək qərarına gəlib və məclisə məşhur rusiyalı ulduzları dəvət edib

BAKI, 14 iyul — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov bu gün, iyulun 14-də sevgilisi Alyona Qavrilova ilə evlənib. Sputnik Azərbaycan bu barədə Ağalarovu toyu münasibətilə təbrik edən dostları və rusiyalı ulduzların sosial şəbəkədəki səhifələrinə istinadən xəbər verir.

© Photo : Instagram / freedom__internationalEmin Ağalarov, Anastasiya Reşetova, Alyona Qavrilova və reper Timati toy mərasimində. Moskva, 14 iyul 2018-ci il
Emin Ağalarov, Anastasiya Reşetova, Alyona Qavrilova və reper Timati toy mərasimində. Moskva, 14 iyul 2018-ci il - Sputnik Azərbaycan
Emin Ağalarov, Anastasiya Reşetova, Alyona Qavrilova və reper Timati toy mərasimində. Moskva, 14 iyul 2018-ci il

Toy mərasimi Ağalarovların Moskvadakı malikanəsində keçirilib. Müxtəlif ölkələrdən gələn məşhur şəxslər, eləcə də Eminin yaxınları və qohumları da malikanəyə toplaşıblar.

Toyda Valeri Meladze, Zara, Vadim Vernik, Katya Lel, Serqey Kojevnikov, Denis Klyaver, Olqa Orlova və digər ulduzlar iştirak edir. Mərasimdə aparıcı və müğənni qismində məşhur rusiyalı ifaçı Vladimir Kuzmin çıxış edir. Çünki o, cütlüyün kumiridir.

Emin Ağalarov World Music Awards, "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə var.

Ağalarov həm də Qriqori Leps və Sergey Kojevnikovla bir yerdə hər il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısıdır.

A post shared by @agalarovgavrilova on Jul 14, 2018 at 10:18am PDT

Alyona Qavrilova rusiyalı model və Mordoviyadan olan gözəllik kraliçasıdır. O, Rüstəm Tariko və Eminlə sevgi münasibətləri il məşhurlaşıb.

Alyona Qavrilova 1987-ci ildə Mordoviyanın paytaxtı Saranskda doğulub. 17 yaşı olanda "Miss Mordoviya-2004" müsabiqəsində iştirak edib və birinci yeri tutub. Bu qələbədən sonra Qavrilova model biznesində çalışmağa başlayıb. Hazırda həm də iş adamı kimi fəaliyyət göstərir, gözəllik salonun sahibəsidir.

Xəbər lenti
0