Rusiya-Xorvatiya matçı, arxiv şəkli

Dünya Çempionatı mütəxəssisin gözü ilə: “Yarış sürprizlərlə dolu idi”

308
(Yenilənib 20:11 13.07.2018)
Arif Əsədov: "Təşkilatçılıq yüksək səviyyədə idi"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Rusiyada keçirilən Dünya Çempionatının bitməsinə 2 gün qalıb. Artıq maraqlı, həyəcanlı, sürprizlərlə dolu bir mundialın sonlarına çatırıq.

Futbol həvəskarlarının 4 il həyəcanla gözlədiyi futbol üzrə Dünya Çempionatı uzun müddət müzakirə olunub və bundan sonra da xeyli vaxt müzakirə olunacaq. Sputnik Azərbaycan çempionata peşəkarın gözü ilə baxıb. Futbol üzrə mütəxəssis, məşqçi Arif Əsədov mundial haqqında təəssüratlarını bölüşüb.

O, bildirib ki, bu çempionat sürprizlərlə dolu idi: "Bu çempionat məni ona görə təəccübləndirdi ki, favorit komandalar meydanı tez tərk etdi. Bəziləri hətta qrupdan çıxa bilmədi. Ötən dünya çempionatının qalibi Almaniya kimi komanda da mundialı çox tez tərk etdi. Bunun özü bir sürpriz idi. Braziliya kimi favorit komanda, tərkibində ulduz olan Portuqaliya, Argentina kimi komandalar Dünya Çempionatı ilə tez vidalaşdı. Komanda şəklində güclü olan komandalar isə finala kimi gəlib çıxa bildi. Belçika, Xorvatiya, Rusiya kimi komandaları göstərə bilərəm ki, bu komandalar məni sözün yaxşı mənasında təəccübləndirə bildi".

"Təşkilatçılıq yüksək səviyyədə idi. Çempionatın heç bir ciddi problemlər və hadisələr olmadan davam etməsi göstərdi ki, təşkilatçılıq əla təşkil edilib. Eyni zamanda, Rusiyada olan hava şəraiti futbolçuların meydanda daha rahat oynamasına təsir göstərirdi. Bir çox prezidentlərin öz komandalarını birbaşa olaraq stadionda dəstək olması maraqlı fakt idi. Digər çempionatlarda belə hallara demək olar az rast gəlinib. Bunun özü də maraqlı bir ənənənin başlanğıcıdır. Var sisteminin tətbiq edilməsi ilə bu çempionatın daha da şəffaf keçməsinə səbəb olur" – deyə məşqçi əlavə edib.

308
Teqlər:
məşqçi, dəyərləndirmə, futbol, dünya çempionatı, Arif Əsədov
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
DÇ-2018: İkinci finalçının adı məlum oldu
DÇ-2018: İkinci finalçının adı məlum olacaq
DÇ-2018: Bu gün ilk finalçı müəyyənləşəcək
DÇ-2018: Rusiya Xorvatiya səddini keçə bilmədi

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

31
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

31
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Ombudsman Səbinə Əliyeva və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş

İsrail səfiri Ermənistanın mülki şəxsləri hədəfə alan hərbi hücumlarını pislədi

3
(Yenilənib 18:55 28.10.2020)
Səfir: "İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyinin dəyişməz olduğunu bildirib".

BAKI, 28 oktyabr — Sputnik. Ombudsman Səbinə Əliyeva İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, müvəkkil Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin yalnız iqtisadi-strateji baxımdan deyil, həm də ənənəvi tarixi mədəni köklərə əsaslandığını, Azərbaycan və İsrail xalqlarının daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgə yaşayış nümunəsini bütün dünyaya nümayiş etdirdiklərini bildirib.

Görüş zamanı Müvəkkil Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində kütləvi insan hüquqları pozuntuları barədə məlumat verib. Müvəkkil bu ilin 27 sentyabr tarixindən Ermənistanın yeni torpaq iddiaları ilə Azərbaycana qarşı başlatdığı hərbi təcavüzü və hərbi təxribatları nəticəsində raket hücümuna məruz qalmış mülki yaşayış məntəqələrinə faktaraşdırıcı missiya fəaliyyəti çərçivəsində baş çəkdiyini, yaralanan mülki şəxslərlə və həlak olanların yaxınları ilə görüşdüyünü bildirib. Qeyd olunub ki, araşdırmalar zamanı toplanan faktoloji materiallar əsasında hazırlanan 4 aralıq hesabat aidiyyəti beynəlxalq qurumlara göndərilib.

© Photo : The Commissioner for Human Rights. (Ombudsman) of the Republic of Azerbaijan
Ombudsman Səbinə Əliyeva və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş

Müvəkkil, həmçinin bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən yenidən Bərdə şəhərinin mülki əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan zərbələr endirildiyini, nəticədə 20-dən çox mülki şəxsin həlak olduğunu, 60-dan çox şəxsin yaralandığını, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyini səfirin diqqətinə çatdırıb.

Səfir qeyd edib ki, Azərbaycan ilə İsrail arasındakı dostluq əlaqələri dərin tarixi köklərə malikdir. İki ölkə arasında iqtisadi, enerji, təhlükəsizlik və turizm sahəsindəki əlaqələr əlaqələr, eyni zamanda Azərbaycan və İsrail xalqları arasındakı qarşılıqlı münasibətlər də çox yüksək səviyyədədir. C.Dik Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumların ciddi təəssüf hissi doğurduğunu və vəziyyətlə yaxından tanış olmaq məqsədilə Gəncə və Mingəçevir şəhərlərinə getdiyini, xəsarət alan və mülkləri zərər görən şəxslərlə görüşdüyünü bildirib. Səfir Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn tələblərinin pozularaq mülki şəxslərə qarşı edilən hərbi hücumların ciddi şəkildə insan hüquqları pozuntusuna yol açdığını vurğulayıb. Qeyd olunub ki, İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyinin dəyişməz olduğunu bildirib.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə