Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino

FİFA qiymətini verdi: Rusiyadakı çempionat tarixdə ən yaxşı turnirdir

51
(Yenilənib 20:09 13.07.2018)
FİFA prezidenti "Rusiya xalqı və bütün Rusiyaya", həmçinin hökumət, Vladimir Putin, yerli təşkilat komitəsi, Rusiya Futbol Federasiyasına təşəkkür edib

BAKI, 13 iyul — Sputnik. Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino bəyan edib ki, Rusiyada keçirilən 2018-ci il dünya çempionatı turnirin keçirilmə tarixində ən yaxşı yarışdır. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"İnanılmaz, valehedici dünya çempionatı. Turnirin lap başlanğıcından biz burda olmaqdan inanılmaz hisslər keçiririk, iki gün sonra isə bütün bunların zirvəsi olacaq. Mən deyirdim ki, DÇ-2018 tarix boyu ən yaxşı turnir olacaq. İndi mən bunu bir daha, lakin əminliklə deyə bilərəm ki, bu tarixdə ən yaxşı çempionatdır. Mən turnirin keçirilməsinə və onun hazırlığında iştirak edən hər kəsə təşəkkür etmək istəyərdim" — deyə İnfantino mətbuat katibində bildirib.

İnfantino, "Rusiya xalqı və bütün Rusiyaya", həmçinin hökumət, Vladimir Putin, yerli təşkilat komitəsi, Rusiya Futbol Federasiyasına təşəkkür edib.

51
Teqlər:
təşəkkür, qiymət, dünya çempionatı, Canni İnfantino, futbol, FİFA
Ağgül Həmdizadə

"Eləmədiklərimizə görə cavabdehlik daşıyırıq" - Polis qadın

12
"Deyirlər ki, xoşbəxt o insandır ki, səhər işə, axşam evə tələsir. Məndə də belədir. Məzuniyyətdə oluram, evdə qala bilmirəm, işim üçün darıxıram. Elə olur ki, işə məzuniyyətdən bir həftə tez qayıdıram" - Ağgül Həmdizadə

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. İnsanlar düşüncəsinə görə fərqlidir. Bu, ictimai münasibətlərdə müxtəlif xarakterli meyarlar yaratdığı üçün insanları bir-birindən fərqləndirən başlıca əlamətdir. Məhz ictimai münasibətlərin hüquqi tənzimlənməsində və nizamlanmasında qanunla polisin vəzifələri var. Kişilərlə bərabər, qadın polislərin fəaliyyəti diqqət çəkir. Gərgin, normalaşmayan iş rejimində çalışan xanım qəhrəmanımız Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru, 31 yaşlı Ağgül Həmdizadədir.

Əsas işi fəaliyyət istiqamətinə uyğun olaraq, etimad göstərilən vəzifədə özünü doğrultmaq, eyni zamanda da cəmiyyəti informasiya ilə təmin etmək olan Ağgül xanım iki uşaq anasıdır. 2011-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr, 2014-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vuran Ağgül xanım artıq on ildir ki, daxili işlər orqanlarında xidmət edir.

Anası kimyaçı, atası riyaziyyatçı olan Ağgül xanımın nəslində mundirli məmur – polis olmayıb. Ən çətin iş, məsuliyyətli peşə bir qadın olaraq onun taleyinə qismət olub. O, bundan qürur və iftixar hissi keçirdiyini, polis adı, polis andının uca olması üçün çalışdığını deyir.

© Sputnik / Nigar Iskanderova
Ağgül Həmdizadə
"Qadın üçün polis peşəsi çətindir demirəm, ümumiyyətlə, bu peşənin məsuliyyəti, öhdəliyi var, - deyə həmsöhbətimiz bildirir. - Qadın peşəsi dedikdə adətən müəllim, pedaqoq, yaxud da həkim olmaq düşünülür. Valideynlərim həkim olmağımı istəyirdilər. Zamanla mənə müəyyən qədər təsir ediblər. Həmişə deyirdilər ki, həkim ol. Nə bilim, uşaqlıqda düşünürdüm ki, bəlkə, mən də başqaları kimi digər peşəni sevə, seçə bilərəm. Amma olmadı. Həm də həkim olmaq daha böyük zəhmət tələb edirdi. Düzü, buna bir qədər istəyim olmadı deyə bilərəm.

Amma etiraf edim ki, polis olmaq arzum, məqsədim idi. Daha çox oxumaq, daha hazırlıqlı olmaq üçün çalışırdım. 2007-ci ildə ali məktəbə sənəd verəndə o zamanlar Polis Akademiyasına qadınların qəbulu yox idi, bu səbəbdən də BDU-nun hüquqşünaslıq fakültəsini seçdim. Düşündüm ki, hüquq təhsili alsam, hüquq-mühafizə orqanlarında çalışa bilərəm. Hərbiləşdirilmiş sistemdə, hüquq-mühafizə orqanlarında işləmək uşaqlıq arzum olub. Mündir daşımaq, paqonlu olmaq mənim üçün cəlbedici idi. Həmişə polis obrazında film qəhrəmanlarına, küçədə rastlaşdığım polislərə xüsusi rəğbətlə yanaşmışam. Ailəmizdə həmişə valideynlərimdən eşitmişəm ki, "polis olmasa..." Bu ifadənin içərisində polisin cəmiyyət həyatında rolu, ictimai qaydanın qorunmasındakı fədakarlığı var. İndi bu sözün mahiyyətini daha aydın dərk edirəm".

Uşaqlıq arzusu onu istədiyi ünvana doğru apardı. 2011-ci ildə daxili işlər orqanlarında hüquq təhsilli namizədlər üçün xidmətə qəbulla bağlı müsabiqə keçirildi. Beləcə, Ağgül Həmdizadə 100 ballıq sistemlə 92 bal toplayaraq DİN-də işə qəbul olundu. 

Polis leytenantı kimi işləməyə başlayanda nişanlı olan A.Həmdizadə bu qərarının qarşı tərəfdən narazılıqla qarşılanmadığını deyir: "Həyat yoldaşımla öncədən tanışlığımız olduğu üçün o mənim seçimimdən də xəbərdar idi. Bu səbəbdən də polis olmağıma etiraz etmədi. Əksinə, dəstək verdi".

İşinin gərginliyinə baxmayaraq o yorulmadığını deyir: "Deyirlər ki, xoşbəxt o insandır ki, səhər işə, axşam evə tələsir. Məndə də belədir. Məzuniyyətdə oluram, evdə qala bilmirəm, işim üçün darıxıram. Bu sahədə çalışan insanlar üçün polislik həyat tərzidir. Peşənin stimullaşdırıcı xüsusiyyəti insanla, mənəviyyatla bağlı olan məsələdir. Bunun izahı yoxdur. Çünki insanları mənəviyyat birləşdirir.

İki övladım böyüyür, onların tərbiyəsi, yaxşı təhsil alması da diqqətdən kənarda qala bilməz. İndi hər bir şəxs, xüsusilə cəmiyyətin həyat və fəaliyyəti ilə əlaqəli sahələrdə çalışan insanların faydalı olması labüddür. Etibar edilən vəzifənin xidmət üzrə öhdəlikləri ilə yanaşı, ana olduğumu unutmuram. Çünki həyat tərzimiz övladlarımız üçün də örnəkdir. Bu öhdəlik vərdişə çevrilmiş əməllərdir. Heç vaxt unutmuram - yalnız elədiklərimizə yox, eləmədiklərimizə görə də cavabdehlik daşıyırıq. Buna görə qadın – ana olmaq məsuliyyəti öhdəliyi artırır".

Suallarım fərqlidir, çoxdur. Qadın polis müsahibi danışdırmaq olduqca maraqlıdır. Görünür ki, üzərində çox çalışmış, özünü formalaşdırmışdır. Verdiyi cavablar hər bir insan üçün qəbuledilən, anlaşılandır. Ondan insan xarakteri ilə bağlı soruşuram. Deyir ki, xarakter insanın mahiyyətini, onun ümumi məzmununu təşkil edir: "Xaraktersiz insan yoxdur. Xarakter, tərbiyə, dünyagörüşü insanların davranışlarını müəyyən edir. Və polisin fəaliyyəti də insanların davranış normalarının hüquqla tənzimlənməsinə yönəlib. Yəni ictimai qayda – cəmiyyətdə qəbul edilən birgəyaşayış qaydaları ilə bağlı olan dəyərlərdir. Fəaliyyətim ictimaiyyətlə əlaqəli olduğu üçün bir ildən artıqdır ki, DİN-in fəaliyyəti ilə bağlı mətbuatda çıxışlarım olur. Keçirilən tədbirlər, üstü açılan cinayət işləri haqda məlumatları səsləndirirəm. İctimaiyyət üçün maraqlı olan, rezonans doğuran məsələlərlə bağlı çalışırıq ki, operativ cavablar verilsin".

Ağgül Həmidzadə, Daxili İşlər Nazirliyinin əməkdaşı
© AR Ministry of Internal Affairs
Ağgül Həmdizadə

Polisin ictimai mühitdə nüfuzu, etibar və etimad ünvanına çevrilməsindən danışan müsahibim vurğulayır ki, ekstremal vəziyyətdə dövlət nümayəndəsi olan polis əməkdaşından məntiqi olaraq yüksək intellekt tələb olunur: "Ziddiyyətləri doğuran səbəbləri araşdırmaqla yanaşı, qanunçuluğu tətbiq etmək, dözümlülük nümayiş etdirmək polisin fəaliyyətinin əsas meyarlarındandır. Hər yerə sirayət edən sosial şəbəkə seqmentlərində yayılan informasiyalar bəzən hadisələrin, faktların mahiyyətini başqa şəkildə təqdim edir. Bu, çaşqınlıqla bərabər, cəmiyyətdə bəzən məyusluq yaradır. Belə olduqda hər kəs polisin hadisə və fakta münasibətini gözləyir. Ona görə DİN-in fəaliyyəti çağırış və təhdidlərə adekvat olduğuna görə, qanunla müəyyən edilən səlahiyyətlər çərçivəsində istənilən hala qarşı dərhal müvafiq tədbirlər görülür. Xüsusilə vətəndaşlar tərəfindən daxil olan müraciətlərə operativ qaydada baxılması diqqətdə saxlanılır. Belə demək mümkünsə, heç bir əməkdaş vətəndaşın çağırışına laqeyd yanaşa bilməz.

Polis necə olmalıdır ki, hamı razı qalsın? Bunun düsturu varmı? Nə etməli, necə davranmalı? Suallar çoxdur. Əgər insan duyğu və düşüncələrdən ibarətdirsə, 24 saat sabit əhvalda qalması nə qədər mümkündür? Ancaq polis 24 saat təmkinli, sakit, diqqətli, məsuliyyətli olmalıdır, həm də bunu hamı 24 saat ərzində tələb edib gözləyirsə..."

Həqiqətən də polisə insanlar güzəştsiz yanaşırlar. "Borcudur" deyib polisdən ona qayğı ilə yanaşmasını gözləyirlər. Bu barədə də müsahibimin mövqeyini soruşuram. O da bildirir ki, polisə münasibət dünyanın heç bir ölkəsində birmənalı deyil: "Səbəblər müxtəlifdir. Çünki cinayət və cinayətkarlıq, inzibati xəta varsa, onu törədənlər, törətməyə meylli şəxslər polisi sevə bilməzlər. Məsələn, hansısa sürücü işıqforun qırmızı işığından keçirsə, polis onu saxlayıb barəsində tədbir görürsə, o şəxs polisdən razı qalarmı, yaxud təşəkkür edərmi? Etməyəcək! Bu və ya digər halda, xeyli belə nüanslar var. Bütün bunlar fikir müxtəlifliyi yaradır. Nəzərə alaq ki, polis peşəsi ən çətin, təhlükəli və idealist məşğuliyyətdir. Bu peşə, həssaslığı ilə digər sahələrdən fərqlənir. Ona görə insanlar polisə güzəştsiz yanaşır, davranışlarını izləyir, hər addımını müzakirə edirlər. Polisin hər bir hərəkəti hadisədir. Dünyamız nə qədər rəqəmsallaşsa da, yaxud polisdən rəqəmsal (digital) münasibət gözləyənlər bilməlidirlər ki, polis də insandır.

12
Teqlər:
müsahibə, qadın, polis
Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

Tonqal qalayanda nəzərə alın: Yel çərşənbəsinin havası adına layiq keçəcək

4
Sinoptiklərin məlumatına görə, Yel çərşənbəsinə təsadüf edən martın 9-da şimal küləyi güclənəcək, bəzi yerlərdə qar yağacaq.

BAKI, 8 mart - Sputnik. Azərbaycan ərazisində martın 9-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti,  gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz  olacaq. 

Martın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 1-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

Qeyd edək ki, martın 9-u həm də Yel çərşənbəsinə tasadüf edir. 

4
Teqlər:
qar, külək, hava proqnozu