Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Hər dəqiqədə bu futbolçunun bir forması satılır

© REUTERS / Massimo PincaTurində idman malları dükanı, 11 iyul 2018-ci il
Turində idman malları dükanı, 11 iyul 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata əsasən, 33 yaşlı Ronaldu il ərzində 30 milyon avro qazanacaq. Bu da 1 saniyədə təxminən 1 avroya yaxın məbləğ edir.

BAKI, 13 iyul — Sputnik. İtaliyanın "Yuventus" klubu hər dəqiqə portuqaliyalı hücumçu Kriştianu Ronaldunun bir formasını satır. Bu barədə Sputnik Azərbaycan "Tutto Juve"-ə istinadən xəbər verir.

Nəşr yazır ki, böyük həcmdə sorğular səbəbindən klubun rəsmi internet-mağazasında problemlər yaranıb. Bundan sonra klubun atributlarının satıldığı rəsmi mağazaların qarşısında növbələr yaranmağa başlayıb. Orta hesabla Ronaldunun adı yazılan gödəkcə dəyəri 100 avrodur. Klub ən azı 1 milyon forma satmaq niyyətindədir.

Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu - Sputnik Azərbaycan
İDMAN
Ronaldu tarixi rekorda imza atdı

Xatırladaq ki, Britaniyanın "The Mirror" nəşri portuqaliyalı ulduz Kriştianu Ronaldunun "Yuventus"da şəxsi müqaviləsinin detallarını açıqlayıb.

Məlumata əsasən, 33 yaşlı Ronaldu il ərzində 30 milyon avro qazanacaq. Bu da 1 saniyədə təxminən 1 avroya yaxın məbləğ edir. 4 il ərzində Portuqaliya millisinin üzvü 120 milyon avro qazanacaq.

Qeyd edək ki, İspaniyanın "Real Madrid" klubunun ulduzu, portuqaliyalı Kriştianu Ronaldu iyun 10-u komandanı tərk edib.

Saytda qeyd edilir ki, Kriştianu Ronaldunun istəyi və arzusu ilə "Yuventus"a keçməsinə icazə verilib. "Real Madrid" Ronalduya təşəkkür edib və onu dünyanın ən yaxşı futbolçusu adlandırıb.

Ronaldu 2009-cu ildən "Real Madrid"də çıxış edir. O, bu müddət ərzində 438 oyunda 451 qol vurub, 16 titul qazanıb. Ronaldu "Real"ın heyətində 4 dəfə "Qızıl top" qazanıb.

Xəbər lenti
0