Xankəndi

Argentinada erməni yalanları ifşa olundu

91
(Yenilənib 22:31 11.07.2018)
Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən dərhal və qeydsiz-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqınların öz torpaqlarına qaytarılmasını tələb etdiyi haqda ətraflı məlumat verilib

BAKI, 11 iyul — Sputnik. Argentinanın və regionun aparıcı və ən çox oxucu kütləsinə malik KİV-dən olan "Clarin" qəzetində dərc olunmuş, qəzetin erməni əsilli jurnalisti Magda Tagtachianın müəllifi olduğu "Artsax və Azərbaycan, müharibə davam edəcəkmi?" başlıqlı yazısı ilə bağlı qəzetdə "cavab hüququ" qismində Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun Azərbaycanın məqsədi öz ərazi bütövlüyünü bərpa etməkdir adli cavab məktubu dərc edilib.

XİN-dən Sputnik Azərbaycana verilən xəbərə görə, səfir R.Aslanovun "Clarin" redaksiyasına ünvanlanmış cavab məktubunda Dağlıq Qarabağın tarixən Azərbaycana məxsus olması, ermənilərin müxtəlif dövrlərdə oraya köçürülməsi, Azərbaycan SSR tərkibində DQMV-nin yaradılması, Ermənistan ərazisindən azərbaycanlıların müxtəlif vaxtlarda kütləvi deportasiyası, Ermənistanın ölkəmizə qarşı tarixən mövcud olmuş və Sovet İttifaqının son illərində yenidən canlanmış ərazi iddiaları, ölkəmizə qarşı hərbi təcavüzü, o cümlədən torpaqlarımızın 20%-nin işğal edilməsi və 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrilməsi və münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər, bu sənədlərin Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən dərhal və qeydsiz-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqınların öz torpaqlarına qaytarılmasını tələb etdiyi haqda ətraflı məlumat verilib.

Azərbaycan ərazisində Ermənistan işğalçı qüvvələrinin mövcudluğu və bu səbəbdən ölkəmizin öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək istəyinin onun tam suveren hüququ olduğu, bununla belə ölkəmizin hələ də münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəmədiyi qeyd olunub.

91
Teqlər:
ifşa, Dağlıq Qarabağ, səfir, Argentina
Dalğalar

Xəzərdə dalğaların hündürlüyü 5 metrə çatıb - Faktiki hava

3
(Yenilənib 12:06 04.08.2020)
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

BAKI, 4 iyul – Sputnik. Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, avqustun 4-ü  səhərədək olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib. 

Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 22 mm, Astarada 16 mm, Salyanda 10 mm, Lerikdə 8 mm, Beyləqanda 6 mm, Biləsuvarda 5 mm, Qubada 4 mm, Daşkəsən, Göygöl, Balakən, Qrız, Xınalıqda 3 mm, Gədəbəy, Ağdam, Qəbələ, Qusar, Neftçala, Yardımlı, Lənkəran, Ağsuda 2 mm, Sumqayıt, Bakı, Maştağa, Pirallahı, Naftalan, Şəmkir, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Yevlax, Göyçay, İmişli, Sabirabad, Cəfərxan, Qazıməmməd, Kişçay (Şəki), Şabran, Nabran, Şahdağda 1 mm olub. Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-də Talaçay Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi gün ərzində arabir Neftçalada 26 m/s, Naftalanda 23 m/s, Bakı, Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 23 m/s, Ələt, Pirallahıda 20 m/s, Sumqayıt, Binədə 19 m/s, Neft Daşlarında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

3
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Trampdan tarixi etiraf: ABŞ-ın ən böyük səhvini açıqladı

22
(Yenilənib 11:46 04.08.2020)
Yaxın Şərqə qoşun göndərmək qərarı və regionun işlərinə qarışmaq ABŞ tarixində ən böyük yeganə səhvdir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. Yaxın Şərqə qoşunların göndərilməsi Birləşmiş Ştatlar tarixində ən böyük səhvdir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu "Axios"-a müsahibəsində Birləşmiş Ştatların Prezidenti Donald Tramp bildirib.

"Biz İŞİD-i zərərsizləşdirdik... Bu xilafətin 100%-ni... Biz Süleymanini (İran generalı-red.), əl-Bağdadini (İŞİD lideri-red.) "aradan qaldırdıq". Mən digər prezidentlərin etmədiyi çox şeyi etmişəm. Onlar gərək heç vaxt Yaxın Şərqə girməzdilər" - deyə Tramp qeyd edib.

O, vurğulayıb ki, Yaxın Şərqə qoşun göndərmək qərarı və regionun işlərinə qarışmaq ABŞ tarixində yeganə ən böyük səhvdir.

Xatırladaq ki, ilin əvvəlindən bəri ABŞ-İran münasibətləri yenidən gərginləşib. Belə ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan ediblər.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

22