Azərbaycanın daha bir bölgəsində meşə yanır

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidMeşə yanğını, arxiv şəkli
Meşə yanğını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib

BAKI, 11 iyul — Sputnik. Şəmkir rayonunda meşə zolağında yanğın baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.

Yanğınla bağlı ətraflı məlumat veriləcək. 

Xəbər lenti
0