Türkiyədə sensasion həbs

© REUTERS / Murad SezerTürk polisi, arxiv şəkli
Türk polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səhərə yaxın Adnan Oktar və şəbəkəsinə qarşı böyük əməliyyat başlayıb, çoxlu sayda həbs edilənlər var

BAKI, 11 iyul — Sputnik. Türkiyədə "Adnan hoca" kimi tanınan Adnan Oktar və onun şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb. Sputnik Azərbaycan-ın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, böyük əməliyyat İstanbul başda olmaqla, 5 vilayətdə həyata keçirilib. Əməliyyata helikopterlər də cəlb edilib.

© Photo : DHAAdnan Oktarın həbsi
Adnan Oktarın həbsi - Sputnik Azərbaycan
Adnan Oktarın həbsi

Adnan Oktar Çengelköydeki evində saxlanılıb. A.Oktar və mühafizəçilərinin əməliyyat zamanı polisə müqavimət göstərdikləri bildirilir. Bölgəyə xüsusi təyinatlı polislər göndərilib.

Adnan Oktar mütəşəkkil cinayətkar təşkilat qurmaq, siyasi və hərbi casusluq, inanc istismarı və kiçik uşaqlara təcavüzdə ittiham edilir.

© Photo : DHAAdnan Oktarın şəbəkəsində olanlara qarşı da cinayət işi başlanılıb
Adnan Oktarın şəbəkəsində olanlara qarşı da cinayət işi başlanılıb - Sputnik Azərbaycan
Adnan Oktarın şəbəkəsində olanlara qarşı da cinayət işi başlanılıb

Adnan Oktarın cinayət şəbəkəsinə daxil olan 235 şübhəli şəxsə qarşı əməliyyat başlandığı bildirilib.

Xəbər lenti
0