ATƏT-in avtomobiləri təmas xəttində

ATƏT-in monitorinqi insidentsiz başa çatıb

22
(Yenilənib 13:07 10.07.2018)
Monitorinq Ağdam rayonu istiqamətində keçirilib

BAKI, 10 iyul — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 10-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq Ağdam rayonu istiqamətində keçirilib. 

Monitorinqdə Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Vladimir Minarik iştirak ediblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Yoviç və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Boşard keçiriblər.

 

22
Teqlər:
Ağdam, təmas xətti, ATƏT, monitorinq
Əlaqədar
ATƏT nümayəndələri cəbhə xəttində monitorinq keçirib
Azərbaycanlı millət vəkili AŞPA Monitorinq komitəsinin üzvü seçilib
Hərbi təhsil müəssisələrində monitorinq keçirilib
Monitorinq insidentsiz başa çatıb
Qazax rayonu istiqamətində monitorinq gözlənilir