Azərbaycan manatı və qandal

Araşdırmaların nəticələri açıqlandı, günahkar cəzalandırıldı

101
(Yenilənib 10:27 10.07.2018)
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına 13, məhkəmələrə 8 iş göndərilib

BAKI, 10 iyul — Sputnik. 16-30 iyun 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 203 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 57 iş üzrə 53000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 1276078,6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 169 iş üzrə 29257,95 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına 13, məhkəmələrə 8 iş göndərilib.

101
Teqlər:
hüquqi şəxs, ətraf mühit, cəza, cərimə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Protokol ləğv edilir, cərimə yazılması qaydası dəyişir, piyadaların cəriməsi artırılır
Nazirlik şirkəti cərimə etdi
Qadağan olunmuş saatlarda küçəyə çıxanlar cərimə olunacaq
Azərbaycanda bələdiyyə sədri cərimə edildi
İnsanlar buna görə 22 min manat cərimə oluna bilər
Ölkəmizdə geniş yayılmış məşhur restoranlar şəbəkəsi cərimə edildi