Ölkədə müəllim olmaq istəyənlərin sayı rekord həddə çatıb

© Photo : REPORTMüəllimlərin imtahanı
Müəllimlərin imtahanı - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 2-dən başlayan sənəd qəbulu iyulun 8-də yekunlaşıb

BAKI, 9 iyul — Sputnik. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu iyulun 8-də yekunlaşıb. Bu barədə Sputnuk Azərbaycan-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, iyulun 2-dən başlayan sənəd qəbulunda rekord sayda ərizə qeydə alınıb. Belə ki, 50 min 697 nəfər müəllim olmaq istəyən şəxs miq.edu.az saytında qeydiyyatdan keçib.

Xəbər lenti
0