Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq

ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri Azərbaycana gəlir

30
(Yenilənib 10:22 09.07.2018)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

BAKI, 9 iyul — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 10-da Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Vladimir Minarik keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Joviç və YSPQ-nin nümayəndəsi polkovnik-leytenant Ralf Bosshard keçirəcəklər.

30
Teqlər:
Ermənistan, Müdafiə Nazirıiyi, Azərbaycan, ATƏT, monitorinq
Əlaqədar
Müdafiə Nazirliyi: Qoşunlarımız əməliyyat rayonlarına üz tutub
Müdafiə Nazirliyi yubiley tədbirlərinə başlayıb
Müdafiə Nazirliyi: Ordumuzun fəaliyyəti düşməndə xof və təşviş yaradır
Müdafiə Nazirliyi günün qalmaqallı xəbərinə aydınlıq gətirdi
Prezident Müdafiə Nazirliyi ilə bağlı fərman imzaladı
Müdafiə Nazirliyi tək oğlan övladının cəbhəyə göndərilməsinə münasibət bildirdi