Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İtaliya əfsanəsi Fransaya köçdü

© REUTERS / Susana VeraCanluici Buffon
Canluici Buffon - Sputnik Azərbaycan
Abunə olmaq
Paris təmsilçisi 40 yaşlı qapıçıya ildə 8 milyon avro məvacib verəcək

BAKI, 7 iyul — Sputnik. İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon Fransanın PSJ ilə müqavilə bağlayıb. Sputnik Azərbaycan "Sports.ru"-ya istinadən xəbər verir ki, bu barədə futbol dünyasında məşhur jurnalist Fabritsio Romano məlumat yayıb.

"Canluici Buffon – PSJ-nin yeni oyunçusudur. Bu təsdiqlənib. Onunla iki illik müqavilə bağlanılıb" — deyə jurnalist yazıb.

Daha əvvəl Paris təmsilçisinin 40 yaşlı qapıçıya ildə 8 milyon avro məvacib verəcəyi bildirilirdi.

Xatırladaq ki, qapıçı mövsümün sonunda azad agent statusunda "Yuventus"u tərk edib.

Xəbər lenti
0