Zəmanəmizin gözəlləri: planetin ən seksual qadınları

416
(Yenilənib 09:15 06.07.2018)
  • Kanadalı aktrisa və fotomodel Estella Uorren
  • Актриса Джессика Альба
  • Amerikalı aktrisa və prodüsser Cenifer Qarner
  • Müğənni Kristina Agilera
  • Aktrisa və müğənni Cessika Simpson
  • Amerikalı aktrisa Yeva Lonqoriya
  • Amerikalı aktrisa Yeva Lonqoriya
  • Amerikalı aktrisa Lindsi Loxan
  • Amerikalı model Marissa Miller
  • Amerikalı aktrisa Oliviya Uayld
  • Amerikalı müğənni Keti Perri
  • Supermodel Rouzi Hantinqton-Uaytli
  • İsrailli top-model Bar Rafaeli
  • Amerikalı müğənni Mayli Sayrus
  • Cənubi Afrika Respublikasından olan model Kendis Sveynpol
  • Amerikalı müğənni Teylor Svift
  • Model Stella Maksvell
  • Heyli Bolduin Londondakı moda həftəsi zamanı podiumda
  • Amerikalı model və aktrisa Keyt Apton
Planetimizin ən seksual qadınlarının illik reytinqini açıqlayan kişi jurnalının hazırladığı builki siyahıya amerikalı model və aktrisa Keyt Apton başçılıq edir

2000-ci ildən başlayaraq MAXIM jurnalı planetin ən çox arzu edilən qadınlarının siyahısını dərc edir. Hər il bu siyahıya dünyanın məşhur aktrisaları, müğənniləri, modelləri, idmançıları, eləcə də sosial medianın parlaq nümayəndələri və nüfuzlu qadınlar daxil edilir.

Bu il ən gözəl qadınların reytinqinə daxil olan nüfuzlu qadınların sırasında ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya və qızı İvanka, hersoginya Meqan Markl, hüquqşünas və ictimai xadim, Hollivud ulduzu Corc Kluninin yoldaşı Amal Kluni və başqaları yer alıb.

Lakin planetin ən seksual qadınlarının reytinqinə 26 yaşlı amerikalı model və aktrisa Keyt Apton başçılıq edir.

Keyt model karyerasına 12 yaşından başlayıb və artıq bütün dünyada şöhrət qazanıb.

Modelin sözlərinə görə, zərif cinsin yüz ən gözəl nümayəndəsinin siyahısına başçılıq etmək onun üçün böyük şərəfdir.

Sputnik Azərbaycan 2000-ci ildən başlayaraq MAXIM jurnalının reytinqinə başçılıq edən qızların şəkillərini toplayıb. Son 18 ildə planetimizdə ən çox arzulanan qadınların şəkillərini baxmaq və xatırlamaq üçün diqqətinizə çatdırırıq.

416
  • Kanadalı aktrisa və fotomodel Estella Uorren

    2000-ci ildə MAXIM jurnalının dünyanın ən seksual qadınları reytinqinə kanadalı aktrisa və fotomodel Estella Uorren başçılıq edib.

  • Актриса Джессика Альба
    © AP Photo / Chris Carlson

    2001-ci ildə amerikalı aktrisa Cessika Alba ən gözəl olub.

  • Amerikalı aktrisa və prodüsser Cenifer Qarner

    2002-ci ildə digər amerikalı aktrisa və prodüsser Cenifer Qarner bu siyahiya başçılıq edib.

  • Müğənni Kristina Agilera
    © AP Photo / Reed Saxon

    2003-cü ildə planetin ən cazibədar xanımı müğənni Kristina Agilera olub.

  • Aktrisa və müğənni Cessika Simpson
    © AP Photo / Alan Diaz

    2004-cü ilin gözəli adına isə amerikalı müğənni, aktrisa, aparıcı və dizayner Cessika Simpson layiq görülüb.

  • Amerikalı aktrisa Yeva Lonqoriya
    © AP Photo / Chris Pizzello

    2005-ci ildə bu titul amerikalı aktrisa Yeva Lonqoriyaya qismət olub.

  • Amerikalı aktrisa Yeva Lonqoriya

    2006-cı ildə Yeva Lonqoriya öz uğurunu təkrar edib.

  • Amerikalı aktrisa Lindsi Loxan
    © AFP 2018 / Nicholas Kamm

    2007-ci ildə bir zamanların populyar aktrisası Lindsi Loxan ən gözəl seçilib.

  • Amerikalı model Marissa Miller

    2008-ci ildə amerikalı model Marissa Miller gözəllər arasında birinci yerə çıxıb.

  • Amerikalı aktrisa Oliviya Uayld

    2009-cu ilin gözəli amerikalı aktrisa Oliviya Uayld seçilib.

  • Amerikalı müğənni Keti Perri
    © AP Photo / Victoria Will

    2010-cu ildə ən gözəl titulunu amerikalı müğənni Keti Perri əldə edib.

  • Supermodel Rouzi Hantinqton-Uaytli

    2011-ci ildə bu titulu amerikalılardan britaniyalı supermodel, Victoria's Secret-in mələklərindən biri Rouzi Hantinqton-Uaytli alıb.

  • İsrailli top-model Bar Rafaeli

    2012-ci ildə isə şərq ölkəsinin təmsilçisi, israilli top model Bar Rafaeli ilin gözəli olub.

  • Amerikalı müğənni Mayli Sayrus
    © AP Photo / Invision/Jordan Strauss

    2013-cü ildə amerikalılar yenidən ən gözəl titulunu özlərinə qaytarıblar və bunu müğənni Mayli Sayrus edib.

  • Cənubi Afrika Respublikasından olan model Kendis Sveynpol
    © AFP 2018 / Jewel Samad

    2014-cü ilin qalibi isə Afrika qitəsinin nümayəndəsi, CAR-lı model Kendis Sveynpol olub.

  • Amerikalı müğənni Teylor Svift
    © AFP 2018 / Valerie Macon

    2015-ci ildə amerikalı müğənni Teylor Svift hamıdan gözəl seçilib.

  • Model Stella Maksvell
    © AP Photo / Invision/Joel Ryan

    2016-cı ildə britaniyalı top model Stella Maksvell ən gözəl yarışında amerikalılara qalib gələ bilib.

  • Heyli Bolduin Londondakı moda həftəsi zamanı podiumda
    © AP Photo / Alastair Grant

    2017-ci ilin gözəli isə amerikalı supermodel və teleaparıcı Xeyli Bolduin olub.

  • Amerikalı model və aktrisa Keyt Apton

    Nəhayət, 2018-ci ilin ən gözəl qadını amerikalı model və aktrisa Keyt Aptondur.