Подписание договора страхования

Mədəniyyət Nazirliyində növbəti təyinatlar edildi

34
(Yenilənib 11:49 05.07.2018)
Digər əmrlərlə Yaşar Əliyev, Aydın İsmiyev və Vüqar Şahinzadə nazirin müşavirləri postuna təyin olunublar

BAKI, 05 iyul — Sputnik. Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri və nazirin müşaviri vəzifələrinə kadr təyinatları həyata keçirilib. Sputnik Azərbaycan-a Nazirlikdən daxil olmuş məlumatda deyilir ki, nazirin müvafiq əmrinə uyğun olaraq, yeni yaradılan Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsi Azadə Hüseynovaya havalə olunub.

Digər əmrlərlə Yaşar Əliyev, Aydın İsmiyev və Vüqar Şahinzadə nazirin müşavirləri postuna təyin olunublar.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

34
Teqlər:
müşavir, şöbə müdiri, Mədəniyyət Nazirliyinin Aparatı, Mədəniyyət Nazirliyi
Əlaqədar
Mədəniyyət və turizm nazirliyi xaricə səfər edənlərə müraciət etdi
Nazirlik tələbələr üçün vacib məlumatı açıqladı
Nazirlik müraciət etdi: Avtomobilinizin oğurlanmasını istəmirsizsə....
Nazirlik təkzib verdi: Əsassızdır
Nazirlik paytaxtdakı güclü yanğınla bağlı araşdırmaya başladı
Azərbaycanda vəzifəli şəxs nazirlik tərəfindən cərimələndi
Sabah küçəyə çıxarkən ehtiyatlı olun - Nazirlik xəbərdarlıq etdi