Paytaxt sakini anomal istilərin qurbanı oldu

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
1958-ci il təvəllüdlü Rövşən Ziyəddin oğlu Muştaqov günvurmadan həyatını itirib

BAKI, 05 iyul — Sputnik. Daha bir Bakı sakini son günlər ölkədə davam edən anomal istilərin qurbanı olub. Sputnik Azərbaycan xəbər verir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsinin 1958-ci il təvəllüdlü sakini Rövşən Ziyəddin oğlu Muştaqov günvurmadan həyatını itirib. 

R.Muştaqov 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həkimlər onun günvurmadan vəfat etdiyini bildiriblər.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Xəbər lenti
0