Dayanacaqdakı sərnişinlər, 4 iyul 2018-ci il

Əhaliyə xəbərdarlıq olundu

1727
(Yenilənib 12:34 04.07.2018)
Sərnişinlərdən xahiş olunur ki, avtobus gözləyərkən dayanacaqlardan yolun hərəkət hissəsinə çıxmasınlar

BAKI, 04 iyul — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) əhaliyə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, BNA müraciətində əhalini diqqətli olmağa çağırıb. 

Müracitədə deyilir: "Paytaxtda yaranmış vəziyyətlə əlaqədar sərnişinlərdən xahiş olunur ki, avtobus gözləyərkən dayanacaqlardan yolun hərəkət hissəsinə çıxmasınlar".

"Bu, həm həyatınız üçün təhlükəlidir, həm də digər avtonəqliyyat vasitələri ilə yanaşı, marşrut avtobuslarının da hərəkətinə maneə yaradaraq sıxlığa səbəb olur. Anlayışınız üçün təşəkkür edirik!" — deyə qeyd olunur.

1727
Teqlər:
xəbərdarlıq, Bakı Nəqliyyat Agentliyi, dayanacaq, avtobus
Əlaqədar
Vətəndaşlara rəsmi xəbərdarlıq edilir: Riskli vəziyyət yarana bilər
Qafqazlı "qanuni oğru"lara sərt xəbərdarlıq edildi: Moskvada ortalıqda dolaşmayın!
Əhaliyə təcili xəbərdarlıq olunur: Küçəyə çıxmayın
Müdafiə naziri düşmənə sərt xəbərdarlıq etdi
Azərbaycanda nazirlikdən əhaliyə xəbərdarlıq: Risk etməyin
Əhaliyə təcili xəbərdarlıq: Yaxın 4 gündə özünüzü təhlükədən qoruyun
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

81
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

81
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın
Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesu, arxiv şəkli

ÜST rəhbərindən çağırış: siyasiləşdirməyin

16
ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar

BAKI, 30 noyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus koronavirusun mənbəyi haqda araşdırmaları siyasiləşdirməməyə çağırıb. Onun sözlərinə görə, ekspertlər öz rəylərini elmə əsaslanaraq hazırlayacaqlar.

"Bizim mövqeyimiz kifayət qədər dəqiq və sərt idi. Biz virusun mənbəyini tapmaq üçün iş aparırıq, çünki bu, bütün dünyaya xəstəliyin genezisini taparaq gələcək alovlanmaların qarşısını almağa yardım edəcək", - Cenevrədəki mətbuat konfransında Gebreyesus deyib.

O vurğulayıb ki, ÜST virusun mənbəyinin araşdırılmasında FAO (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı) və Ümumdünya Heyvan Sağlığı Təşkilatı ilə birgə işləyir. Bu məsələylə məşğul olan beynəlxalq ekspertlər qrupuna ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Sudan və digər ölkələrin nümayəndələri daxildir. Ancaq buna rəğmən, ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar. 

"Ona görə də məsləhət görürük: xahiş edirik, bu məsələni siyasiləşdirməyin. Biz hər şeyi edəcəyik, amma elmə istinadla", - Gebreyesus vurğulayıb.

16
Teqlər:
siyasət, ÜST, araşdırma, mənbə, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla