Rusiya Ermənistana müasir qırıcılar satıb, yoxsa yox?

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidSu-30M
Su-30M - Sputnik Azərbaycan
Abunə olmaq
Paşinyan paylaşıma "artıq Yerevandadır" cümləsi yazıb

BAKI, 2 iyul — Sputnik. Ermənistan müttəfiqləri, o cümlədən Rusiyadan yeni növ silahların alınması istiqamətində işləri davam etdirir.

Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-mayor Artak Davtyan jurnalistlərin "SU-30SM" qırıcılarının alınması barədə sualını cavablandırarkən bildirib: “Bütün informasiyalar məqsədyönlüyü nəzərə alınaraq acıqlanacaq. Nə zaman lazım olsa, o zaman xəbər verəcəyik".

General ancaq onu bildirib ki, silahların bir hissəsi alınıb, digərləri ilə bağlı proses davam edir.

Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan "Facebook"-da "SU-30SM" qırıcısının kabinəsindən şəkil paylaşıb. O, paylaşıma "artıq Yerevandadır" cümləsi yazıb.

Xəbər lenti
0