Qızmar hava

Yaxın 2 gün ərzində ölkə ərazisində temperatur pik həddə çatacaq

847
(Yenilənib 14:48 02.07.2018)
Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 43 dərəcəyədək yüksələcək

BAKI, 2 iyul — Sputnik. İyulun 3-4-də ölkə ərazisində anomal qızmar hava şəraitinin davam edəcəyi gözlənilir. Bu barədə Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 40-43, Aran rayonlarında və Naxçıvan MR-da 40-44, bəzi yerlərdə 46, Qazax-Gəncə zonası, Böyük Qafqaz, Lənkəran-Astara rayonlarında 38-42, dağlıq rayonlarda isə 28-33 dərəcə isti təşkil edəcəyi gözlənilir.

847
Teqlər:
isti, dərəcə, qızmar hava şəraiti, ölkə ərazisi
Əlaqədar
Qızmar havanın fəsadları ortaya çıxmağa başladı: Artıq 49 nəfər
Sabahdan anomal hava şəraiti hökm sürəcək
Bakıya qızmar yay havası gəlir
Nazirlikdən turistlərə hava xəbərdarlığı gəldi