İncirlik Hərbi Hava Bazası

Türkiyədəki "İncirlik" hərbi bazasının aqibətinə aydınlıq gətirildi

348
(Yenilənib 12:20 02.07.2018)
Amerikalı general: "İncirlik"dən çıxmaq niyyətimiz yoxdur"

BAKI, 2 iyul — Sputnik. "Buradakı varlığımız, müttəfiq və strateji partnyorumuz olan Türkiyə ilə on illərdir davam edən əməkdaşlıq istəyimizin simvoludur. Birləşmiş Ştatların "İncirlik" hərbi bazasından çıxmaq kimi planları yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Haberturk"-ə müsahibəsində "İncirlik" hərbi bazasının komandanı, amerikalı polkovnik David S.Eaglin bildirib. O qeyd edib ki, qurulduğu vaxtdan etibarən "İncirlik" həm ABŞ, həm Türkiyə, həm də digər NATO müttəfiqləri üçün olduqca strateji yer olub.

Amerikalı polkovnik hərbi bazada nə qədər adamın olması barədə məlumatı paylaşmaqdan imtina edib: "Təhlükəsizlik səbəbindən dəqiq rəqəm deyə bilmərəm. Ancaq mindən yuxarı amerikalı personal var. Onlar mindən yuxarı NATO və Türk Hava Qüvvələrindən olan şəxslərlə birlikdə işləyirlər".

Eaglin Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması və bu raketlərin "İncirlik" hərbi bazasında yerləşdirmək ehtimalı barədə xəbərlərə də münasibət bildirib: "Raketlərin alınması qərarı tamamilə Türkiyənin haqqıdır. Özünüzü qoruma haqqınıza tamamilə hörmət edirik. Lakin Pentaqon "S-400" ilə bağlı fikirlərini səsləndirib. "S-400"-lərin alınmasının Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə necə təsir edəcəyi dilə gətirilib".

Amerikalı polkovnik İŞİD ilə mübarizədə əldə olunan uğurlar nəticəsində terror təşkilatına qarşı hərbi bazadan heç bir hava əməliyyatının keçirilmədiyini də diqqətə çatdırıb. O, həmçinin hazırda "İncirlik" hərbi bazasında döyüş təyyarələrinin olmadığını da diqqətə çatdırıb.

Jurnalistin iki il əvvəl 15 iyulda "İncirlik" hərbi bazasının Türkiyədə çevriliş cəhdinin mərkəzi olaraq görülməsi sualını isə Eaglin cavablandırmaqdan imtina edib.

348
Teqlər:
Türk Hava Qüvvələri, NATO, İncirlik hərbi bazası
Əlaqədar
Atılmış “Kiçik Amerika”, yaxud İncirlik ətrafındakı “kabus şəhəri”
"Türkiyə İncirlik bazasını təcili bağlamalıdır"
"İncirlik" hərbi bazasında sürpriz görüş
ABŞ İncirlik bazasını qorumağın yolunu axtarır
Türkiyə İncirlik aviabazasını rusların ixtiyarına verərsə...
"ABŞ İncirlik bazasını boşaltmalıdır"
İncirlik hərbi bazasının komandanlığı həbs edildi