Qeydiyyat

Qida Təhlükəsizliyi Agentliyi sahibkarların qeydiyyatına başlayır

521
(Yenilənib 11:05 02.07.2018)
Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müraciət edən sahibkarlıq subyektlərinin də qeydiyyatı və dövlət reyestri aparılacaq

BAKI, 02 iyun — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gündən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayır.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi üç mərhələdə həyata keçiriləcək. "Belə ki, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsal və təsərrüfat müəssisələrinin, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri və satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının aparılması nəzərdə tutulub".

Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müraciət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılacağını bildirən M.Piriyev "ASAN xidmət" mərkəzlərində və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təşkil olunmuş Agentliyin "Sertifikatlaşdırma və qeydiyyat" pəncərələrində sahibkarlara aşağıdakı xidmətlər göstəriləcəyini nəzərə çatdırıb:

1. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi

2. Qeydiyyata alınmış subyektlərə dövlət reyestrindən təkrar çıxarışın verilməsi.

3. Qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi

4. Yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi

5. İxrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatının verilməsi

İstehsalat sexi, arxiv şəkli
© Sputnik / Pavel Lisitsyn

6. Baytarlıq preparatlarının dövlət qeydiyyatına (təkrar qeydiyyata) alınması və qeydiyyat şəhadətnaməsinin (təkrar qeydiyyat şəhadətnaməsinin) verilməsi

7. Təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsi

8. Bitki və bitkiçilik məhsullarının idxalına idxal karantin icazəsinin verilməsi

9. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyata alınması və qeydiyyat (təkrar qeydiyyat) şəhadətnaməsinin verilməsi

10. Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi

Qeydiyyat üçün isə sahibkarlar tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

Ərizə

Fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti:

Vergi ödəyicisi olmasını təsdiq edən şəhadətnamənin surəti:

Hüquqi şəxslər tərəfindən dövlət reyestrindən çıxarışın surəti:

Sahibkarın səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənəd:

Qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti:

Müraciət edən idxalçı və ya xarici təsərrüfat subyekti olduqda ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən subyektin (onun obyektinin) qeydiyyata alınmasını təsdiq edən sənəd və məhsulun təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın (mövcud olduqda) notariat qaydasında təsdiq edilmiş surəti

Dövlət rüsumunun ödənişini təsdiq edən sənəd

Agentlik rəsmisi sahibkarların sertifikatlaşma və qeydiyyatla bağlı ətraflı məlumatları agentliyin afsa.gov.az saytının "Xidmətlər- Dövlət qeydiyyatı" bölməsindən və ya göstərilən ünvanlardakı "Sertifikatlaşma və qeydiyyat pəncərələri"nə yaxınlaşaraq əldə edə biləcəklərini bildirib.

521
Teqlər:
subyekt, dövlət reyestri, qida məhsulları, obyekt, qeydiyyat, sahibkar, Qida Təhlükəsizliyi Agentliyi
Əlaqədar
Qida Təhlükəsizliyi Agentliyi yoxlamaların məqsədini açıqladı
Prezidentdən Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı növbəti qərar
Vəziyyət dəyişəcək: Qida Təhlükəsizliyi Agentliyi daha iki sahəni əlinə alır
Ölkəyə gətirilən qida məhsullarına Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək
Qida Təhlükəsizliyi Agentliyi yaradılır

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

566
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

566
Artilleriya atəşi, arxiv şəkli

Ermənistanın daha bir hərbi obyekti darmadağın edildi - VİDEO

478
(Yenilənib 23:31 14.07.2020)
Dövlət sərhəddinin Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin intensiv atışması davam edir.

BAKI, 14 iyul — Sputnik. İyulun 14-də Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti - bölüyün dayaq məntəqəsi bölmələrimizin dəqiq zərbəsi ilə darmadağın edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

478