Studiya mikrofonu, arxiv şəkli

XXI əsrin ən yaxşı mahnıları açıqlandı SİYAHI

111
(Yenilənib 04:45 30.06.2018)
Siyahıda yer alan digər mahnılarla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz

BAKI, 30 iyun — Sputnik. Musiqi ekspertləri XXI əsrin ən yaxşı 100 mahnısının siyahısını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Rolling Stone" jurnalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, nəşrin redaksiyası musiqiçi, prodüserləri və tənqidçilərə müraciət edərək 2000-ci ildən bəri "ən yaxşı musiqi" siyahılarını tərtib etməyə dəvət edib və bundan sonra siyahıları uzlaşdırıblar.

Siyahıda birinci yeri amerikalı müğənni Beyonsun (Beyonce) "Crazy in Love" treki tutub. Mahnı müğənninin həyat yoldaşı Jay – Z-nin iştirakı ilə birgə yazılıb.

İkinci pillədə isə Britaniyalı müğənni M.I.A və "Paper Planes" mahnısı gəlir. Bu mahnı 2008-ci ildə ilin ən yaxşı filmi nominasiyası üzrə Oskar mükafatı alan "Xarabalıqdan çıxan milyonçu" filminin əsas saundtrekidir. Üçüncü pillədə isə ABŞ-ın "The White Stripes" rok qrupunun "Seven Nation Army" musiqisi tutur.

Siyahıda yer alan digər mahnılarla bu link vasitəsilə tanış ola bilərsiniz.

111
Teqlər:
Rolling Stone, XXI əsr, jurnal, musiqi, mahnı