Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu İrandakı xaosdan danışdı

282
(Yenilənib 20:03 30.06.2018)
İran bizim qonşumuzdur, ona görə də biz birtərəfli qərarları dəstəkləməyə borclu deyilik

BAKI, 30 iyun — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın İrana qarşı sanksiya siyasətini ədalətsiz adlandırıb.

Sputnik Azərbaycan-ın "RİA Novosti"-yə istinadən xəbərinə görə, Çavuşoğlu əlavə edib ki, İranda xaosun yaradılması Vaşinqton da daxil olmaqla heç kimə sərfəli deyil.

"Əgər ABŞ-ın qərarları ədalətlidirsə, sabitlik və sülhə yönəlibsə, onda biz onları dəstəkləyərik. Yox onlar biz ədalətsiz gəlirlərsə onda biz onlara qoşulmalı borclu deyilik. Bizim də İranla fikir ayrılıqlarımız var, lakin İran kimi böyük ölkələrdə xaosun yaradılması heç kimə — nə İrana, nə bizə, nə də ABŞ sərf etmir. İran bizim qonşumuzdur, ona görə də biz birtərəfli qərarları dəstəkləməyə borclu deyilik, bu məsələdə ehtiyatlı olmalıyıq" —deyə Çavuşoğlu bəyan edib.

282
Teqlər:
xaos, sanksiya, İran, Mövlud Çavuşoğlu