SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Vaşinqtonun diqqət mərkəzində: "İlham Əliyevə təşəkkür düşür"

© Sputnik / Rashad KeremogluABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels, Bakı, 29 iyun 2018-ci il
ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels, Bakı, 29 iyun 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Əfqanıstanda vəziyyətin sabitləşməsi istiqamətində önəmli rol oynayır"

BAKI, 29 iyun — Sputnik. "Azərbaycanın Əfqanıstanla görüş məkanı seçilməsi faktoru yenidən Azərbaycanın çox vacib məkanda yerləşməsinin əyani təzahürüdür və düşünürəm ki, Əfqanıstanda vəziyyətin sabitləşməsi istiqamətində önəmli rollardan birini oynayır".

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels, Bakı, 29 iyun 2018-ci il - Sputnik Azərbaycan
"Azərbaycan Əfqanıstanın yenidən qurulmasında iştirak edir" - ABŞ rəsmisi

Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib: "Prezident Əliyevə Əfqanıstana göstərdiyi dəstək və bu istiqamətdə gördüyü işlərə, tutduğu liderlik mövqeyinə görə təşəkkür etmək istəyərdim".

"Praktiki baxımdan Əfqanıstana yardımlar barədə danışarkən biz Əfqanıstan cəmiyyətinin daha yaxşı yaşaması, daha da inkişaf etməsi üçün yardımlar barədə düşünürük" — deyən Uels iyunun 28-də Bakıda keçirilən görüşün Əfqanıstan hakimiyyəti ilə "Taliban" arasında atəşkəs əldə olunandan sonra keçirilən ilk görüş olduğunu xüsusilə vurğulayıb.

O, həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyətin təmsilçiləri dünən Bakıda keçirilən görüşdə də "Taliban"a sülhün bərqərar olması istiqamətində yardım əlini uzadıb: "İndi "Taliban" buna münasibət bildirməlidir".

Qeyd edək ki, Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilir. Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Tədbirdə Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların, təqribən 90-a yaxın nümayəndəsi iştirak edir. Toplantıda, həmçinin Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak edirlər.

Xəbər lenti
0