Bu gün Sumqayıta ayaq basmayın!

© Sputnik / Murad OrujovТрасса Баку-Сумгайыт
Трасса Баку-Сумгайыт - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Sumqayıt yolunun daha bir hissəsində hərəkət məhdudlaşdırılır

BAKI, 29 iyun — Sputnik. Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "Vaz dairəsi"ndən Sumqayıt istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rənglənmə işləri bu gün axşam saatlarınadək davam etdiriləcək. Bu məqsədlə nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Xəbər lenti
0