"Azərbaycan Əfqanıstanın yenidən qurulmasında iştirak edir" - ABŞ rəsmisi

© Sputnik / Rashad KeremogluABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels, Bakı, 29 iyun 2018-ci il
ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels, Bakı, 29 iyun 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Birləşmiş Ştatlar Azərbaycana və Azərbaycan hökumətinə Əfqanıstanda gördüyü işlərə və mövcudluğuna görə olduqca minnətdardır"

BAKI, 29 iyun — Sputnik. "Bakıya artıq ikinci dəfədir səfər edirəm. Bu, Azərbaycan hökumətinin Əfqanıstana dair beynəlxalq tədbirlərə ev sahibliyi etməsi nəticəsində baş verib. Əfqanıstana dair beynəlxalq təmas qrupuna 50-dən çox ölkənin təmsilçiləri daxildir. Düşünürəm ki, biz bu görüşdə Əfqanıstana sülhə dair güclü mesaj göndərə bilmişik".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. 

Ağ Ev - Sputnik Azərbaycan
ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycana gələcək

Alis Uels bildirib ki, Birləşmiş Ştatlar Azərbaycana və Azərbaycan hökumətinə Əfqanıstanda gördüyü işlərə və mövcudluğuna görə olduqca minnətdardır: "Azərbaycan Əfqanıstanda iqtisadiyyatının bərpa olunmasında çox müstəsna rol oynayır. Azərbaycan iqtisadi baxımdan regionun ürəyində yerləşir".

""Lapis lazuri" Əfqanıstanın inkişafına təkan verən təşəbbüsdür və Azərbaycan da bu təşəbbüsdə iştirak edir. ABŞ və Azərbaycanın Əfqanıstan məsələsində əməkdaşlığı Azərbaycanla əməkdaşlığımızın zəminlərindən birini təşkil edir. Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır. Prezident Əliyevə Əfqanıstana yardımlar istiqamətində apardığı rola və liderliyinə görə təşəkkür edirəm", — ABŞ rəsmisi qeyd edib.

Qeyd edək ki, xanım Uells iyunun 27-dən ölkəmizdə səfərdədir. O, dünən Bakıda keçirilmiş Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edib. ABŞ rəsmisinin səfəri bu gün başa çatacaq.

Xatırladaq ki, Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur. Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

Xəbər lenti
0