Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze

Gürcüstan səfiri Azərbaycanı tərk edir

19
(Yenilənib 17:40 28.06.2018)
O, Azərbaycanı çox sevdiyini və ölkəmizdən ən xoş və səmimi təəssüratlarla ayrıldığını vurğuladı

BAKI, 28 iyun — Sputnik. Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni diplomatik fəaliyyətinin baş çatması ilə əlaqədar qəbul edib. Bu barədə XİN-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov
© Sputnik / Murad Orujov

Görüşdə tərəflər iki qonşu ölkə olan Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş başlıca uğurlar və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, dövlətlərimiz beynəlxalq münasibətlərin gündəliyində duran bir çox vacib məsələlər üzrə ənənəvi olaraq həmrəylik göstərir və bölgənin inkişafına xidmət edən mühüm layihələri uğurla həyata keçirirlər.

T.Şaraşenidze diplomatik fəaliyyət illəri ərzində ikitərəfli münasibətlərin daha da irəlilədilməsi məqsədilə səylərini əsirgəmədiyini bildirib və bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanı çox sevdiyini və ölkəmizdən ən xoş və səmimi təəssüratlarla ayrıldığını vurğulayıb.

E.Məmmədyarov fəaliyyəti müddətində T.Şaraşenidzenin dövlətlər arasında strateji xarakter daşıyan münasibətlərin inkişafına töhfə verdiyini bildirərək ona təşəkkür edbi və gələcək fəaliyətində uğurlar arzulayıb.

19
Teqlər:
Teymuraz Şaraşenidze, xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstan, səfir
Əlaqədar
Elmar Məmmədyarov Belarusa gedib
Elmar Məmmədyarov: "Təəssüf ki, Minsk Qrupunun sülhyaratma prosesi nəticəsiz qaldı"
Elmar Məmmədyarov Fransa hökuməti qarşısında tələb qoydu
Elmar Məmmədyarov Vyanada Edvard Nalbandyanla görüşüb
Dövlət başçısı Elmar Vəliyevlə bağlı sərəncam imzaladı
Rusiyalı minaaxtaran, arxiv şəkli

Rusiya SQ-nın istehkamçıları Qarabağda minatəmizləmə əməliyyatına başlayıblar

2
(Yenilənib 21:33 23.11.2020)
Pavel Pautov deyib ki, bu gündən istehkamçılar yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar Rusiya hərbi kontingentinin stasionar postlarının tikiləcəyi yerlərdə partlamaq təhlükəsi olan predmetlərin mövcudluğunu yoxlayacaqlar.

BAKI, 23 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin (SQ) istehkamçıları Dağlıq Qarabağda sülhməramlıların cavabdeh olduğu ərazilərdə minatəmizləmə əməliyyatına başlayıblar.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya hərbi kontingentinin mühəndis xidmətinin rəisi polkovnik-leytenant Pavel Pautov bildirib.

"Bu gündən istehkamçılarımız yerlərdə humanitar minatəmizləmə əməliyyatına başlayıblar. Birinci mərhələdə onlar yerlərdə partlayıcı təhlükəli predmetlərin mövcudluğunu yoxlayacaqlar, harada ki, Rusiya hərbi kontingentinin stasionar postları tikiləcək" - deyə rusiyalı hərbçi vurğulayıb.

2
Teqlər:
sülhməramlılar, Rusiya, Mina
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

19
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

19
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması