ATƏT-in avtomobiləri təmas xəttində

ATƏT nümayəndələri cəbhə xəttində monitorinq keçirib

7
(Yenilənib 16:20 28.06.2018)
Monitorinq insidentsiz başa çatıb

BAKI, 28 iyun — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçirilib. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçiriblər. 

Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster iştirak ediblər.

7
Teqlər:
dövlət sərhədi, Qazax, ön cəbhə, cəbhə, monitorinq, ATƏT
Əlaqədar
ATƏT səfirləri Azərbaycana səfər edəcəklər: Məqsəd...
Azərbaycan - ATƏT PA münasibətlərinə aydınlıq gətirildi
Rusiya rəsmisi ATƏT-i yaranan vəziyyətə müdaxilə etməyə çağırıb
Millət vəkili: “ATƏT-in Azərbaycana qarşı mövqeyi qərəzlidir”
Seçkiləri tənqid edən ATƏT müşahidəçiləri barədə ilginc məqamlar üzə çıxdı
Ekspert: “ATƏT Azərbaycanda normal seçkilərin keçirilməsində maraqlı deyil”
ATƏT PA müşahidəçilərinin ilk rəyi açıqlandı
 İranda epdimioloji vəziyyət

İranda bir gündə 150-dən çox şəxs koronavirusdan öldü

4
(Yenilənib 00:14 04.07.2020)
Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb

BAKI, 4 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2566 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

Hospitalda koronavirus xəstəsinin yoxlanılması
© Sputnik / Vladimir Astapkovich

"Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb. Bir gün ərzində 154 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 11260-a çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 235429 şəxsdən 196,5 mindən çoxu sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 10,8 milyonu keçib, 521 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Mövzu:
Dünyanı cənginə almış bəla

Sərt karantin başladı: Metro dayandı, avtobuslar 2 gün işləməyəcək

37
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı metrosu 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək işləməyəcək.

BAKI, 4 iyul – Sputnik. Bakıda xüsusi karantin rejiminin 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə əlaqədar metropolitenin fəaliyyəti dayandırılıb. Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı metrosu 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək işləməyəcək.

Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli
© Photo : The State Customs Committee of AR

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Qərarla əlaqədar bu gün saat 00:00-dan 6 iyul saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Qeyd edək ki, Operativ Qərargahın qərarı ilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejiminin 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə də məhdudiyyət tətbiq edilir.

37