Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclası başlayıb

Əfqanıstan hökuməti ilə "Taliban" Bakıda sülh danışıqlarına başlayır

93
(Yenilənib 10:52 28.06.2018)
Eyni zamanda, Əfqanıstandakı seçkilər və hərbi əməliyyatlar da müzakirəyə çıxarılacaq

BAKI, 28 iyun — Sputnik. "Bu gün Bakıda keçirilən toplantının Əfqanıstan münaqişəsi baxımından çox səmərəli olacağını düşünürəm".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən Əfqanıstan üzrə beynəlxalq əlaqələndirmə qrupunun toplantısında iştirak edən "Taliban" rəhbərliyinin Pakistandakı sabiq səfiri Əbdülsələm Zəif jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bugünkü iclas zamanı Əfqanıstanda seçkilər, "Taliban" ilə Əfqanıstan hökuməti arasındakı sülh prosesinin növbəti — danışıqlar mərhələsi və s. mövzular müzakirə ediləcək: "Eyni zamanda, Əfqanıstandakı seçkilər və hərbi əməliyyatlar da müzakirəyə çıxarılacaq. Sonuncu sessiyada Talibanla sülh prosesinə dair növbəti addımlara dair çıxışım olacaq".

Ə.Zəif Bakıya ilk səfərinin olduğunu vurğulayıb və qeyd edib ki, Əfqanıstanın yaxşı gələcəyinin olacağına inanır.

93
Teqlər:
Əfqanıstan, Taliban, sülh, danışıqlar
Əlaqədar
Erməni nazirdən özünəməxsus "sülh" bəyanatı
Türkmənçay sazişinin 190 illiyi: Sülh bizə nələr verdi?
Erməni həmsədr Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasından xaric edildi
Hacızadə: “Yəməndəki vəziyyətin sülh yolu ilə həlli yoxdur”
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması
Rzayev: “Minsk Qrupunun marağında olan yalnız sülh yoludur”
Nobel Sülh Mükafatının qalibi bəlli oldu