Yanğın fermerlərə ziyan vurdu

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Qəbələdə yanğın olub. Rayonun Böyük Əmili kəndində 2 hektar biçilməmiş, 1 hektar biçilmiş taxıl sahəsi və "KAMAZ" markalı yük avtomobilinin arxa təkərləri yanıb.

Yük avtomobilinin qalan hissəsi və banına yığılmış buğda yanğından mühafizə olunub. Yanğın bölmələr tərəfindən söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Xəbər lenti
0